Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində "Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.
Axar.az xəbər verir ki, sərəncamda Tədbirlər Planının icrasına məsul qurumlara Forumla bağlı tədbirlərin yerinə yetirilməsi tapşırılıb.
"Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumu martın 10-11-də keçiriləcək.