Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri 2016-cı ildə artırılacaq, neftin qiyməti 25 dollardan götürüləcək - YENİLƏNİB

Azərbaycanın dövlət büdcəsinin gəlir və xərcləri 2016-cı ildə artırılacaq, neftin qiyməti 25 dollardan götürüləcək - YENİLƏNİB


Azərbaycanın dövlət büdcəsinin proqnozlarına yenidən baxılması çərçivəsində 2016-cı ildə gəlir hissəsi təxminən 1,9 milyard manat artırılmaqla 16,4 milyard manata, xərclər isə 1,95 milyard manat artırılmaqla 18 milyard manata çatdırılacaq. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov ANS telekanalına müsahibəsində deyib.Maliyyə nazirin sözlərinə görə, dövlət büdcəsində defisit 1,5 milyar manat proqnozlaşdırılır: "Dövlət büdcəsində defisitin təmin olunmasında əsas mənbə kimi ötən ilin yekunlarına görə qənaət olunmuş 1,4 milyard manat, eləcə də bu il bazara buraxılması nəzərdə tutulan qiymətli kağızlar çıxış edəcək".Dövlət büdcəsinin proqnozları neftin 1 barelinin qiyməti 25 dollar hesabnlanmaqla hazırlanıb-



-----



2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 25 dollardan götürüləcək.Milli.Az "report"-a istinadən xəbər verir ki, bunu ANS-ə müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.O deyib ki, dövlət büdcəsinə dəyişiklik ediləcək. Nazir buna səbəb kimi dünya bazarlarında neftin qiymətlərinin dəyişməsini göstərib.Qeyd edək ki, 2016-cı ilin dövlət büdcəsi təsdiq edilən zaman neftin bir barelinin qiyməti 50 dollar səviyyəsində nəzərdə tutulub.


Teqlər:
Bu xəbər cəmi 1050 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR