Hər bir xalq özünün görkəmli,istedadlı şəxsiyyətləri,pedaqoqları,siyasi xadimləri ilə qürur duyur.Bu gün haqqında söhbət açacağımız insan vətənimizə on minlərlə layiqli kadrlar verən,öz tarixi ənənəsi olan,qocaman təhsil ocağı Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru ,YAP Qadınlar Şurasının sədri,Filologiya elmləri doktoru Professor Nurlana xanım Əliyevadır.Nurlana xanımın zəngin həyat yolu ,elmi-pedaqoji fəaliyyəti hər bir Azərbaycanlıda ,çalışdığı kollektivdə böyük fərəh hissi doğurur.Nurlana Əliyevanın həyat və yaradıcılığına nəzər saldıqda istər-istəməz Nazim Hikmətin məşhur sətirləri yada düşür :
Sən yanmasan,mən yanmasam,biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydılığa.
Əsl ziyalı üçün səciyyəvi dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin - həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi zülmətdə saçan nur kimidir.Nurlana xanımın pedaqoji,ictimai-siyasi fəaliyyəti gələcək nəsillərə örnəkdir. Qədim Yunan filosoflarının birindən soruşurlar: "Sənin dostun varmı ?--Yox !--deyir,mənim dostlarım var." Nurlana xanım insanlara nəvazişlə yanaşan,onların dərd-sərlərinə biganə qalmayan,ağı-qaradan seçə bilən ,sadə ,təvazökar bir anadır.Rəhbərlik etdiyi kollektivə münasibəti,diqqət və mərhəməti bu dediklərimizin bariz sübutudur.
Əlbəttə iş varsa sağlam tənqid də olmalıdır. Amma bəzi mətbu orqanları məlumatları araşdırmamış,informasiyaları təhlil etməmiş yazılarla cəmiyyəti çaşqınlığa salırlar. Zərərli və doğru olmayan tənqid ictimai bir xəstəlik halına çevrilir.Zərərli tənqidin arxasında da hissi və nəfsi mülahizələr yata bilər.Odur ki ,saytımız vasitəsilə belə mətbu orqanlarına bildirmək istəyirik ki,Nurlan xanımın xalqına,vətəninə,rəhbərlik etdiyi təhsil ocağına şərəflə xidmət etmək amalı,fədakar əməyi sayəsində Azərbaycan elminə,təhsilinə hələ bundan sonra da layiqli töhfələrini verəcəkdir!
Yenimeydan.info