Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus fərdi yaşayış evin divarında quraşdırılmış 1 ədəd qaz sayğacı və yaxınlıqdan keçən plastik boru 2 p.m sahədə yanıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, ev yanğından mühafizə olunub.
Yanğın saat 05:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.