Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Millət vəkili od püskürdü: “Nazir öz qohumunu saxlayıb, camaatı qovacaq”

Millət vəkili od püskürdü: “Nazir öz qohumunu saxlayıb, camaatı qovacaq”



 


Milli Məclisin Regional məsələlər komitəsinin üzvü , deputat Fəzail İbrahimli ölkədə aparılan struktur dəyişiklikləri və islahatlarla bağlı qalmaqallı açıqlamalar verib.





AzNews.az xəbər verir ki, modern.az-a danışan millət vəkili inqilabi islahatların heç vaxt uğurlu olmadığını vurğulayıb: “Dövlətin daxili funksiyası əhalisini yedirdib-içirtmək, yaşatmaq, dolandırmaqdır. Xarici funksiyası isə dövlətin təhlükəsizliyini təmin etməkdir. Bu gün müəyyən oxşar strukturlar, dövlət qurumlarında ixtisarlar aparılanda onlarla, yüzlərlə insan işsiz qalır”.



Deputat aparılacaq islahatlar zamanı ədalətlilik prinsipinin göz önündə saxlanmasının tərəfdarı olduğunu vurğulayıb: “Əminəm ki, bu islahatların ixtiyarı nazirlərə verilsə, nazirlər həmin qurumdakı qohum-əqrəbasını saxlayacaq, kənardakıları rədd edəcək. Həmçinin, orada demokratik əhval-ruhiyyədə olan, sözə baxmayan, qanunun aliliyini tələb edən insanların uzaqlaşdırılması vaxtının çatdığını elan edəcəklər.



Ona görə də bu çətin anlarda, struktur islahatları keçirib camaatı küçəyə atmaq olmaz. Axı kimlərə qoşacağıq onları?! İşsiz qalan insanlar hara gedəcək? Biz hansı səbəbdən cəmiyyətdə boşluq yaratmalıyıq?



Onların bir qrupu vəhhabilərə, bir qrupu nurçulara qoşulacaq, bir qrupu İŞİD-ə adam axtaracaq. İnsan ac qalanda ac qılınca çapır. Ona görə də, bunu ağıllı formada həyata keçirmək lazımdır, insanları küçəyə atıb islahat aparmaq islahat deyil. Ölkədə sosial – siyasi vəziyyəti gərginləşdirməkdir.



Sosial problemlərin həlli bunda deyil. Tutaq ki, struktur islahatları aparılır. Bu halda ən yaxşı mütəxəssislərə toxunmaq olmaz. İndi biri işçi yaranıb, biri də nazir. Sən nazir başda oturubsan, oğlun, ailən, qohum-əqrəban... Hər şey sənin üçün əladır. Amma düşünmürsən ki, 5 nəfəri saxlayan ailə başçısını küçəyə atandan sonra onların aqibəti necə olacaq. Bu əxlaq normasıdır, düşünülməlidir bunlar. Əgər ailə üzvlərindən 5 nəfərin 4-ü işləyirsə, birinin kənarda qalması o qədər də təhlükə törətmir. Amma bir nəfər işləyir və sən də onu çıxarıb 5 nəfəri ac qoyursansa, Allahın qəzəbinə gələrsən”.



F.İbrahimlinin fikrincə, oliqarxların ixtisara düşməsi əsasdır və bu, onlar üçün faciə deyil: “Mən ölkə başçısı İlham Əliyevin fikirlərinə söykənərək bildirirəm ki, oxşar strukturlar ixtisar edilməlidir. İxtisar zamanı insanların əhval-ruhiyyəsi nəzərə alınmalıdır. Baxın, elektrik, işıqla bağlı nə qədər oxşar qurumlar, nazirliklər var... Hamısı da öz qohum-əqrəbasını ətrafına yığıb. Dövlət başçısı bu tip qurumları nəzərdə tutaraq bildirib ki, islahat aparılsın. O deməyib insanları küçəyə atın, onlar da dövlətin əleyhinə olan ayrı-ayrı təbəqələrə, təriqətlərə qoşulsun.



Onsuz da Azərbaycana kifayət qədər təhlükəli caynaqlar uzanıb. İxtisara düşən həmin insanları onların caynaqlarına verə bilmərik. Biz bu məsələləri kifayət qədər nəzərə almalıyıq. Kor-koranə islahat aparmaq olmaz.



Bir nazirlikdən 500 nəfər atdın küçəyə, düşünmürsənmi o insanın aqibətini? Mənim vicdanlı bir insan kimi ağlım, vicdanım, şüurum ona yönəlib ki, müstəqilliyin bizə verdiyi ən böyük nemət sabitlikdir. Onun pozulmasına doğru atılan bütün addımları mən qəbul etmirəm.



Axı nə ehtiyacdır ki, bir nazirin 3-5 müavini var?!



Onlar “hazır aşın dik qaşıqları”dır. Onların hər şeyi var. Onlar nəsilbənəsillərinə, hətta nəvə-nəticələrinə hər şey düzəldiblər. Onların ixtisara düşməsilə faciə baş verməyəcək. Hərəsi bir struktur yaradıb başında durub. Söhbət bundan gedir. Manat devalvasiyaya uğradı. Elan olundu ki, manat “üzən məzənnə” siyasətinə keçir. Axı manat “üzgüçülük forması”nı geyinib suya tullanmalıdır. Manat hələ “paltarını soyunmamış” çörəyi bahalaşdırdılar. Kimlərdir onlar?!



Onlar dəyirmançı işləməyə layiq insanlardır ki, böyük mənsəb, var-dövlət sahibləri olublar. Prezidentə xəyanət edən kimlərdir?! Elə həmin harınlamış insanlardır! Struktur dəyişiklikləri ona yönəlməlidir. Aylıq 200-300 manat alanları küçəyə atıb, onları ayrı-ayrı dini qruplaşmalara sövq etmək olmaz, Mənim düşüncəm, əxlaqıma görə bu, çox təhlükəlidir”. 

Teqlər:
Bu xəbər cəmi 775 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR