Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yeni nazirdən sensasiya sayılacaq göstəriş

Yeni nazirdən sensasiya sayılacaq göstəriş
Mikayıl Cabbarov Təhsil Nazirliyi rəsmilərinə vətəndaşlarla ünsiyyətdə bürokratik əngəlləri aradan qaldırmağı tapşırıb; özü isə bölgələrdə əhali ilə görüşəcək


Təhsil nazirinin əvəzlənməsindən sonra bu sistemdə ehtimal olunan dəyişikliklərin müsbət və ya mənfi xarakter daşıya biləcəyi cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Hələlik bu istiqamətdə hər hansı yenilik müşahidə olunmasa da, Təhsil Nazirliyindən gələn məlumatlar müsbət dəyişikliyin ola biləcəyini istisna etmir. Hər halda, həmin məlumatlar yeni təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi qurumun işində dönüş yaratmaq niyyətində olduğunu sezdirir. 



Təhsil Nazirliyindəki adının çəkilməsinin istəməyən mənbə bu barədə qəzetimizə müəyyən məlumatlar verib. Mənbənin sözlərinə görə, yeni nazir Mikayıl Cabbarov Təhsil Nazirliyinin Mərkəzi Aparatının iclasında müavinlərinə, şöbə müdirlərinə, digər əməkdaşlara bəzi tapşırıqlar verib. Nazir bildirib ki, nazirlik rəsmiləri vətəndaşlarla münasibətlərdə dönüş yaratsınlar: “Yeni nazir tapşırdı ki, vətəndaşların Təhsil Nazirliyinin təmsilçiləri ilə ünsiyyətində bürokratik əngəllər aradan qaldırılmalıdır. Bundan sonra Azərbaycan vətəndaşları öz problemləri ilə bağlı Təhsil Nazirliyinin istənilən qurumuna özləri üçün uyğun zamanlarda müraciət edə bilərlər. Və nazirliyin rəsmiləri bütün vətəndaşları, onların müraciət etdiyi zamanlarda mütləq qəbul edib, problemlərin həll olunmasına çalışmalıdırlar”.





Mənbə onu da vurğuladı ki, yeni təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin əməkdaşlarını hələlik yaxşı mənada təəccübləndirməyi bacarır. Nazirlik rəsmilərindən biri müxbirimizə yeni naziri həddən artıq mədəni, savadlı və çevik adam kimi xarakterizə edib.

Digər xəbərə görə, Mikayıl Cabbarov vətəndaşlarla ilk səyyar qəbulunu keçirəcək. “Qafqazinfo”nun məlumatına görə, nazir mayın 25-də Şirvanda əhali ilə görüşəcək. Görüşdə Şirvan, Salyan, Neftçala, Biləsuvar, Saatlı, Sabirabad, İmişli, Hacıqabul və Kürdəmir sakinləri iştirak edə bilər. Bununla da səyyar qəbulların keçiriləcəyi bölgələrdə vətəndaşlar arzu və şikayətlərini birbaşa təhsil nazirinə çatdırmaq imkanı əldə edəcəklər.


Teqlər:
Bu xəbər cəmi 1390 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR