Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Süleyman Mikayılovla bağlı daha bir qalmaqal - Prezidentə şikayət

Süleyman Mikayılovla bağlı daha bir qalmaqal - Prezidentə şikayət

Qaradağ rayonu ərazisində torpaq və tikinti üçün icazə satan Bağır Mikayılov qardaşı Süleyman Mikayılovun icra başçısı olmasından yararlanıb və vətəndaşların külli miqdarda vəsaitini alaraq onları dolandırıb.


Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun qardaşı Bağır Mikayılova cinayət işi açıla bilər. 


Bu barədə azmedia.info-ya daxil olan məlumatda bildirilir ki,  Mikayılovun adının cinayət işinə qarışmasına səbəb törətdiyi hadisə ilə bağlıdır. Bildirilir ki, Süleyman Mikayılovun qardaşı bir müddət əvvəl müxtəlif şəxslərə Qaradağ rayonu ərazisində torpaq sahələri satmaq və ya şəxslərə tikinti üçün icazələrin alınması məsələsində yardım edəcəyini təklif edib. Onun icra başçısının qardaşı olmasını bilənlər tərəddüdsüz təkliflərini qəbul edib, işlərin müqabilində pullar ödəyiblər. Mənbənin bildirdiyinə görə, icra başçısının qardaşının dələduzluğuna tuş olan vətəndaşların sayı 50 nəfərdən çoxdur. Bağır Mikayılovun həmin şəxslərə 500 min manatdan artıq borcu olduğu bildirilir. Həmin şəxslər pullarını geri ala bilmədiklərindən şikayətçi düşüblər. Əvvəlcə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova şikayət edərək şardaşının dələduzluğunu anladan şikaətçilər pullarını geri ala bilmədikləri üçün son çarəni məsələni prezidentin diqqətinə çatdırmaqda görürlər. 


Məlumatlarda o da vurğulanır ki, şikayətçilər hətta bir müddət əvvəl Qaradağ rayon İcra Hakimiyyətində də olublar. Onlar Süleyman Mikayılovla görüşərək, ona qardaşı ilə bağlı şikayət etmək istəyiblər. Lakin qəbul otağında qalmaqal yaşanıb. Belə ki, icra başçısı qardaşı ilə bağlı şikayətə gələnləri binadan qovdurub. Bu da camaatın narazılığına və qəzəbinə səbəb olub. Onlar da bir müddət İcra Hakimiyyətinin binası qarşısında dayanaraq, etirazlarını uca səslə bildirməyə başlayıblar. Əraziyə polis çağırıldıqdan sonra ortalığı sakitləşdirmək mümkün olub. mümkün olub.


Son məlumatlara görə, Bağır Mikayılovla bağlı artıq Baş Prokurorluq araşdırmalara başlayıb. İddia edilir ki, edilən şikayətləri araşdıran prokurorluq işçiləri iddiaların əsaslı olduğu qənaətinə gəliblər. Bu isə Süleyman Mikayılovun qardaşı haqqında cinayət işinin başladılması üçün əsas yaradıb. Lakin cinayət işinin qaldırılıb-qaldırılmadığı barədə hələlik heç bir məlumata rast gəlinmir.


Nəzərinizə çatdıraq ki, əgər Bağır Mikayılova cinayət işi açılarsa, bu Süleyman Mikayılova da toxuncaq məsələ olacaq. Çünki əksər işlərdə onun adı hallandırılıb və vəzifəsindən sui-istifadə edilib. Hətta şikayətçilərdə belə bir qənaət var ki, Bağır Mikayılov bunları elə qardaşının əliylə edib. Əks təqdirdə, o, təkbaşına belə bir addım ata bilməzdi.


Həmçinin o da deyilir ki, əgər cinayət işi qaldırılarsa, o zaman Süleyman Mikayılovun da işdə qalıb, qalmaması məsələsi müzakirə edilə bilər. Çünki dövlət başçısının bununla bağlı konkret təlimatı var və bəyan edib ki, əgər hər hansı bir məmurun övladı, yaxını belə işlərə bulaşarsa, onlara güzəşt olunmayacaq.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Arqument.Az

Teqlər:
Bu xəbər cəmi 1035 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR