Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu yoldan necə keçsinlər? - Sürət 110

Bu yoldan necə keçsinlər? - Sürət 110


Qanlı Gölün qərb sahilində yaşayan sakinlər Bakı dairəvi avtomobil yolunda üzləşdikləri çətinliklərlə bağlı “Qafqazinfo”ya müraciət edib.



Onların sözlərinə görə, ərazidə yaşayan 300-ə yaxın ailə ictimai nəqliyyat vasitələrindən istifadə üçün başqa yol olmadığından hər gün avtobanı keçmək məcburiyyətində qalır. Bu zaman isə həyatları böyük təhlükə altında olur:



“Hər hansı bir yerə getmək üçün yolu keçərək Sədərək istiqamətində gedən avtobuslardan istifadə etmək məcburiyyətindəyik. Dərsə, bağçaya gedən uşaqlar, işə gedən sakinlər var. Hər biri yolu keçən zaman ölümlə üz-üzə gəlir. Avtoban olduğundan avtomobillərin sürəti yüksək olur və bu halda bir saata yaxın yolu keçmək üçün gözlədiyimiz vaxtlar olur. Yolu keçəndə də bir əlimiz ürəyimizdə digər tərəfə doğru qaçırıq. Burada yeraltı və yaxud yerüstü piyada keçidi tikmək, heç olmasa, ən ucuzundan piyada zolağı çəkmək olar. Üzü Sumqayıta saatda 110-la gedən bir yol var. O da avtoban sayılır, ancaq azı bir 50 yerdə sürət 60-a salınır və piyadalar keçidlə yolu qarşı tərəfə keçir”.



Yoldan hər gün istifadə edən Nizami Şirinov dəfələrlə yolda piyadaların vurulduğunu, elə bundan bir həftə əvvəl də bir qadının qəza nəticəsində öldüyünü bildirib:



“1 həftə bundan qabaq bir qadını bu yolda maşın vurdu, öldürdü. Nəsə bir iş görülməsi üçün qəza halları mütləq çoxalmalıdır? Hamının maşını yoxdur axı, bəs bu uşaq evə qayıdanda yolu necə keçsin? Yol son vaxtlar salınıb və avtoban sayılır. Milyonlarla xərc qoyulsa da, yolda lazımlı yerlərdə bir dənə də olsun yol nişanı yoxdur. Avtobana giriş-çıxışla bağlı heç bir xəbərdar edici nişan qoyulmayıb. Ancaq lazımsız yerlərdə isə yol nişanları var. Həmin yolla Yasamal tərəfdən gəlib üzü “Qurd Qapısı”na tərəf getmək üçün körpünü döndükdə avtomobil bazarıdır. Həmin maşın bazarının qarşısında gözlə nişanı qoyulub. Orada nə vaxt baxsaz, Yol Patrul Xidmətinin əməkdaşları cərimə yazır. Media vasitəsilə aidiyyatı qurumlara səslənərək məsələnin həll olunmasını xahiş edirəm”.



“Qafqazinfo”nun əməkdaşı məsələ ilə əlaqədar olaraq “AzəryolServis”ASC-nin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb. Katib bildirib ki, bu kimi hallarda sakinlər onlara rəsmi şəkildə müraciət edə bilər. Araşdırmalar nəticəsində ehtiyac varsa, yolda piyada keçidləri tikiləcək:



“Elə olur ki, yollar çəkiləndən sonra ətraf ərazidə yaşayış massivləri salınır və artıq yeraltı və ya yerüstü piyada keçidlərinin salınmasına zərurət yaranır. Bununla bağlı bizim balansımızda olan yollarda mütəmadi araşdırmalar aparırıq. Piyada keçidlərinə ehtiyac olan yerlərin siyahısı tərtib edilir və aidiyyatı üzrə Nazirlər Kabinətinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət ünvanlanır. Məsələ orada araşdırılır və keçidlərə ehtiyac olduğu təqdirdə qərar qəbul olunaraq icra edilir. Sözügedən sakinlər də bizə məlumat xarakterli sənədləri göndərərək rəsmi müraciət etsinlər. Biz də məsələni Nazirlər Kabinetinə yönləndirək.



Ərazidəki yol hərəkəti nişanlarının əksikliyi ilə bağlı isə onu deyə bilərəm ki, bu işlə Bakı Şəhər Baş Polis İdarəsi məşğul olur. Biz birbaşa olaraq hər hansı bir yerdə yol nişanları quraşdıra və yaxud götürə bilmərik. Yenə də balansımızda olan yollarda hərəkətin təhlükəsizliyinin təmin olunmasında problem, hər hansı bir yol nişanının əksikliyi varsa, biz bununla bağlı müraciət edə bilərik. Badamdar istiqamətindən gələndə Bakı şəhərinin sərhəddinin bitməsi barədə nişan var. Bu o deməkdir ki, hərəkət sürəti 60-dırsa, artıq avtobana uyğun olaraq nizamlanır və 90-110 sürət kimi götürülür. Ancaq yenə də deyirəm, hər iki məsələ ilə bağlı müraciət olunsun, biz də məsələni tam araşdıraq”.



Bu yoldan necə keçsinlər? -  Sürət 110

Bu yoldan necə keçsinlər? -  Sürət 110

Bu yoldan necə keçsinlər? -  Sürət 110

Bu yoldan necə keçsinlər? -  Sürət 110

Bu yoldan necə keçsinlər? -  Sürət 110


Teqlər:
Bu xəbər cəmi 820 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR