Gənc nəslin təlim-tərbiyəsində ,uşaqlarımızın gələcəkdə layiqli vətəndaş kimi cəmiyyətimizdə yer tutmasında orta ümumtəhsil məktəblərinin rolu çox önəmlidir və danılmazdır. Təəssüf hissi ilə qeyd etməliyik ki,tədris müəssisələrində şagirdlərə hələ uşaq yaşlarından rüşvətə alışqanlıq onların şüur və psixikasına çox mənfi təsir göstərir.
Bu gün bir çox orta məktəblərdə "fond pulu","təmir pulu" , "gül bayramı" ,valideynlərin könüllü ianəsi " və sair adlar altinda hələ də rüşvət yıgımı davam edir. Bu qəbildən olan məktəblərdən biri də Bakının Səbail rayonunda yerləşən 7 saylı orta məktəbdir. Məktəbin şəhərin mərkəzində yerləşməsi bu tədris ocağında pul yığımına da təsirini göstərir.Belə ki ,fond pulu adi məktəblərdə 5-10 manat civarında dəyişirsə bu məbləğ burada 20 manata çatır.7 saylı məktəbin direktoru Gülnaz müəllimə məktəbin sinif otaqlarını repititorluq üçün kirayə verdiyi bildirilir.Müəllimlər bunun müqabilində Gülnaz müəlliməyə 100-200 manat civarında pul verirlər.Bununla da Gülnaz Mehdizadə təhsil nazirliyinin heç bir göstərişinə əməl etməyərək repititorluğa açıq şəkildə şərait yaratmış olur.Hətta il boyu dərsə gəlməyən şagirdlər 1500 manat civarında pulla məsələni yoluna qoya bilirlər.Məsələ ilə bağlı Gülnaz müəllimənin mövqeyini də dinləməyə hazırıq.
Bu gün azərbaycan təhsilində ciddi durğunluq yaşandığı heç kəsə sirr deyil.Korrupsiyanın girdabında çabalayan təhsil,əslində birmənalı olaraq gələcək nəslin məhv edilməsi deməkdir.Bunun başqa adı yoxdur.Son günlərdə təhsildə əsaslı dəyişikliyin olacağına ümid edirik və arzulayırıq ki,gənc nazir Mikayıl Cabbarovun təyinatı ilə təhsilimizdəki bütün mənfi hallar aradan qaldırılacaq,təhsilimizin inkişafı üçün müsbət addımlar atılacaq.