Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hansı universitetlərdə rüşvət tüğyan edir?

Hansı universitetlərdə rüşvət tüğyan edir?


Əksər universitetlərdə pulla qiymət yazdırmaq ənənəsi yığışdırılıb, amma başqa metodlar var…



 



Yanvarın 20-də mətbuatda Gəncə Dövlət Universiteti (GDU) tələbələrinin etiraz aksiyası keçirməsi ilə bağlı məlumatlar yer aldı. Xəbərdə tələbələrin aksiya keçirməsinə səbəb kimi qış imtahan sessiyasında onlardan pul tələb olunması göstərilib. Ötən il imtahanlar üçün onlardan 30-40 manat pul alınırdısa, dekabrın 21-dən sonra həmin məbləğ 70 manata qaldırılıb. O da bildirilmişdi ki, dekan və müəllimlər belə bir qərarın rektor Yusif Yusifov tərəfindən verildiyini bildirərək, məsuliyyəti üzərlərindən atıblar. Bu isə tələbələrin daha da qəzəblənməsinə səbəb olub. Onlar rektorluğun qarşısına toplaşaraq, onun istefasını tələb ediblər.


 


Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri isə mətbuatda yayılan məlumatları təkzib edib: "Həqiqəti özündə əks etdirməyən, böhtan və şər xarakterli xəbərlərin paylaşılması biz tələbələri üzür. Gəncə Dövlət Universitetində istər təhsilin keyfiyyətinin artırılması istərsə də, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün universitetdə hər cürə şərait yaradılıb. Təhsilin keyfiyyətinin artırılmasına misal göstərmək istərdim ki, dərs laboratoriyalarının yenidən qurulmasını, ağıllı lövhələrin quraşdırılmasını, dərs nizam-intizamının artırılmasını göstərmək olur. Hər il universitetimizə 500-600-dən yüksək bal toplayan tələbələr qəbul olur. Bu bir daha göstərir ki, Gəncə Dövlət Universiteti regionun lider universitetlərindən biridir".


İmtahan sessiyasının gedişində belə xəbərlər gündəmin əsas müzakirə mövzularından birinə çevrilir və digər ali məktəblərdəki durumu diqqət mərkəzinə gətirir. 


 


Nadir İsrafilov: "Neqativ halların qarşısının alınması istiqamətində müəyyən işlər görülüb"


 


Təhsil eksperti Nadir İsrafilovBizimyol.info-ya açıqlamasında  bildirdi ki, universitetlərdə rüşvət məsələsi uzun illərdir ki, gündəmin əsas məsələlərindən biri olub. Dəfələrlə Təhsil Nazirliyinin  müvafiq əmrlərinə baxmayaraq bu kimi halların baş verməsi barədə məlumatlar yayılmaqda davam edib: "Son illər bu kimi neqativ halların qarşısının alınması istiqamətində müəyyən işlər görülüb və bu proses davam edir. Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş "İctimai iştirakçılıq haqqında" qanuna müvafiq olaraq imtahanlarda şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə tanınmış təhsil mütəxəssisləri, QHT nümayəndələri, jurnalistlər və valideynlərin müəyyən qrupları imtahanları izləmək imkanı əldə ediblər. Təhsil naziri M.Cabbarovun müvafiq əmrinə əsasən ADİU-da, BDU-da, AzTU-da və bir sıra digər universitetlərdə ictimaiyyət nümayəndələri tərəfindən müşahidələr aparılır, proses qış imtahan sessiyası boyu davam etdiriləcək".


 


N.İsrafilov qeyd etdi ki, hətta tələbələrə imtahanların gedişi və onları narahat edən digər problemlər barədə müşahidəçi qrupuna suallar vermək üçün belə şərait yaradılıb: "Hesab edirəm ki, Gəncə Dövlət Universitetində tələbələrdən pul istənildiyinə görə yaşanan problem Təhsil Nazirliyi tərəfindən operativ şəkildə araşdırılacaq və baş verən olaya obyektiv qiymət veriləcəkdir. Bununla bağlı baş verən hər hansı bir xoşagəlməz fakt haqqında ilk növbədə Universitet rəhbərliyinə, Təhsil Nazirliyinin Qaynar Xəttinə operativ məlumat verilməli, hər hansı bir ölçü götürülmədiyi halda problem olaraq ictimailəşdirilməlidir".  


 


Rektor: "Təhsildə rüşvət ağılasığmaz bir şeydir, bu tərbiyəsizlik,  əxlaqsızlığın son həddidir"


 


Azərbaycan Universitetinin rektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Fərid Əhmədov modern.az saytına açıqlamasında bildirib ki, korrupsiyanın olmamasını biz universitetlərimizin təhsil sistemindəki uğuru kimi qələmə veririk və bu təəssüf doğuran haldır: "Əslində təhsildə rüşvət olmalı deyil. Bunu uğur kimi necə təqdim edə bilərsən… Mən bunun uğur kimi təqdim olunmasını istəmirəm. Təhsildə rüşvət ağılasığmaz bir şeydir, bu tərbiyəsizlik, əxlaqsızlığın son həddidir. Müəllim tələbədən pul aldısa, bundan o yana əxlaqsızlıq yoxdur, bu son həddir. Bizim universitetdə o heç müzakirə predmeti deyil. Sadəcə olaraq vurğulamaq istəyirəm ki, biz bunu nailiyyət hesab etmirik. Biz rüşvətsizliyi məcburi, labüd, cari bir şey hesab edirik. Ümumiyyətlə, Amerika kimi ölkədə şirkətlər var ki, korrupsiyaya görə dağılır. Kim deyirsə ki, İngiltərədə, Amerikada rüşvət yoxdur, bu absurddur. Söhbət ondan gedir ki, rüşvət sistematik halda yayılmayıb. Universitetin 25 illik tarixində tək-tük hal olub, lakin həmin adamlar universitetdən dərhal kənarlaşdırılıb. Tək-tük adamlar hər bir halda, hər bir sistemdə olacaq. Söhbət sistemin buna reaksiyasından gedir. Ən vacibi budur. Sistem ona dərhal reaksiya verib kəsirsə, deməli sistem sağlamdır. Nəfs isə həmişə olacaq".


 


"Bizim Yol" qəzetinin rəsmi "Facebook" səhifəsində müxtəlif universitetlərdə təhsil alan və ya təhsil almış istifadəçilərimiz arasında sorğu keçirdik. Sorğuda qeyd edilən bir neçə fikri oxucularımızın diqqətinə çatdırırıq: 


 


Sədrəddin Ülfətoğlu yazır ki, o həm bakalavr, həm də magistr təhsilini xaricdə davam etdirib: "Hazırda magistrı xaricdə oxuyuram. Bu vaxtlar ərzində məndən heç vaxt rüşvət istəməyiblər. Çünki burda ancaq oxuyan uşaqlar dərsdən keçir və keçə bilməyən tələbələr də gələn ildən o dərsi təkrar alır. Əslində Azərbaycanda rüşvəti tələbələrin özü verir. Nə günlük dərsini oxuyur, nə imtahan vaxtı dərs oxuyurlar. Bütün günü kafelərdə orda burda gəzir. İmtahan vaxtı da rüşvətlə dərsdən keçir. Bununla da müəllimlər rüşvətə alışır və Azərbaycanda savadsız təbəqə yetişir. Sonra gəlib deyirlər ölkədə rüşvət var. Rüşvətin ən böyük səbəbkarı bizim özümüzük".


 


Aida Musayeva yazır ki, Azərbaycan Dillər Universitetində təhsil alıb: "4 il bakalavr, sonra da magistr oxudum. Məndən və ümumiyyətlə heç kimdən 1 qəpik pul istəməyiblər. Heç elə müəllimlərimiz olub ki, onlara pul təklifi etmək belə olmazdı". 


 


Elvin Məmmədov yazır ki, onlardan rüşvət istənilib: "Qrupdan 500 manat pul yığıldı. Kompüter Şəbəkələrinin Təhlükəsizliyi fənnindən kurs işi verməyə görə pul istənildi. Verən uşaqlarla kurs işi də yazıldı, 34 balı da. Mən müəllimin otağına getdim. Kurs işini alıb atdı ki, qəbul etdim çıx get. Dəfələrlə otağına getmişdim, qəbul etməmişdi. Mən də pul vermədim, sözləşdik. Mənə təhqiredici sözlərlə dedi ki, çıx çölə. Bir sözlə rüşvət almaq üçün hər yola əl atdı. Mən də dekanlığa şikayət elədim. Dekan balımın yazılacağını ona zəng edib dedi. O da niyə? Çünki dekana Təhsil Nazirliyinə şikayət edəcəyimi, ilk öncə isə rektora şikayət ərizəsi yazacağımı dedim. Sonra isə 42 balla imtahana saldılar məni". 


 


Vüsal Zeynalov yazır ki, o Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alır: "Rüşvətdən söz belə gedə bilməz. Bizdə imtahanlar kompüterlədi. Oxudun keçəcəksən, oxumadın yox". 


Zakir İsmayilov yazır ki, o Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alır: "Aqranomluq fakültəsinin meşəçilik ixtisasının birinci kurs tələbəsiyəm. Universitetə daxil olduğum gündən bu günə kimi 1 qəpik də olsa pul verməmişəm. 1-ci semestrə 6 imtahanım vardı. Onun beşini oxuyub özüm vermişəm. Rektorumuz İbrahim müəllimə və dekanımız Məhərrəm müəllimə çox təşəkkür edirəm". 


 


İrada Quliyeva deyir ki, əvvəl kollecdə təhsil alıb: "Orada demək olar ki, hər şey pulla idi. İmtahan, imtahan öncəsi və s. İndi isə İncəsənət Universitetində oxuyuram. Həqiqətən də burda vəziyyət çox yaxşıdır. Bu günə qədər hələ bizdən bir qəpik pul tələb olunmayıb. İmtahanı uğurla verməyimiz üçün hər bir şərait yaradılıb. Sağ olsunlar". 


 


Kənan Hüseynov yazır ki, Baki Biznes Universitetində təhsil alır: "Rüşvət yoxdur, amma daha bilmirəm adı nədi. Bir kəsr 1000 manatdır. Onu da elə edirlər ki, guya ki, rüşvət deyil. İmtahandan kəsirlər, sonra deyirlər ki, get mühasibata 280 manat ödə. Ödəyirsən yenə kəsilirsən. Nə isə 3 dəfə ödəyəndən sonra avtomatik keçirsən. İstəyirsən boş ağ vərəq qoy keç". 


 


Amid Hacıyev isə yazır ki, Azərbaycan Dövlət Neft Sənaye Universitetində təhsil alır: "Keçən ilə kimi var idi. Ancaq yeni rektor Mustafa Babanlı təyin olunandan sonra artıq rüşvət yoxdur. İmtahanlar şəffaf keçirilir. Buna görə rektorumuza təşəkkür edirik".

Teqlər:
Bu xəbər cəmi 1635 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR