“Muhteşem Yüzyıl”dan sonra ekranlardan uzaq qalan Halit Ergenç yeni layihəyə imza atıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor yenidən tarixi obrazda tamaşaçıların qarşısına keçəcək.
Serialın ssenarisi yazılmağa başlayıb, hətta ssenaridə Halit Ergençin fikirləri də öz əksini tapıb.
Tarixi serialda aktyorla baş rolu paylaşacaq aktrisanın adı müəyyənləşib. Bu rol Cansu Dereye həvalə olunub.
Qeyd edək ki, Halit Ergenç "Muhteşem Yüzyıl" serial çəkilişlərini dayandırmışdı.