Azərbaycanda dolların və avronun rəsmi məzənnəsi açıqlanıb.
"Qafqazinfo" Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.6028 manat, avro isə 1,7458 manat təşkil edir.
Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.