Müxtəlif adda işlərlə məşğul olan işçilər iqtisadiyyatın çətin dönəmində aldıqları əməkhaqqı ilə ailələrini saxlaya bilirlər. Çarçıyevə onun işi keçəcək orqanlardan yaxşı dəstək olsa daha çox iş yerləri yarada bilər.
Təəssüflər olsun ki, Prezident İlham Əliyev hər çıxışında sahibkarlara yaradılan şəraitdən, onlara dövlət qayğısından danışsa da, sahibkarlara məmurlar tərəfindən olunan təzyiqlər şkalası aşağı düşmək bilmir. Baxmayaraq ki, prezident nazirlər kabinetinin axırıncı toplantısında da sahibkarlara olan maneçiliklərdən, onlara qarşı baş qaldırılan təzyiqlərin aradan qaldırılmasından danışdı.
Belə bir ərəfədə sahibkar Eldar Carcıyevə Qazaxın ermınilərlə həmsərhəd kəndi olan Xanlıqlarda yeni açacağıl “Əhəng” zavodunun istisimarına olan maneçililərdən danışmamaq olmur. Zavodda 120 nəfər vətəndaşın işləyəcəyi danılmazdır. Texniki şərtə uyğun qaz və su xətləri çəkilən zavod müasir dövrün tələblərinə cavab verir. Lakin zavodun işə düşməməyində sanki maraqlı qüvvələr də var. Məsələn, “Azərenerji” ASC və “Azərişıq” ASC “Əhəng” zavoduna işığın verilməsi üçün texniki şərtə Eldar Carçıyevdən 84.500 manat pul istənilir. Belə çıxır ki, prezident İlham Əliyevin dediklərindən bunlar xəbərsizdir. Bu yüksək məbləğdə vəsaitin istənilməsi, verilmədikdə maneəçiliklərin yaradılmsının özü birbaşa dövlətə xəyanətdir.
Məhz bu səbəbdən “Əhəng” zavodunun istismarı dayandırılıb. Orada işləyərək ailəsinə 1 parça çörək qazanacaq 120 nəfərin isə ağzı Allahda, dizləri də yerdədir ki, “Azenerji” ASC və “Azişıq”ın sədrləri Etibar Pirverdiyev və Baba Rzayev tezliklə “ Əhəng” zavodunun işə salınması üçün işıq versin.(dia.az)