Rektorun istefası tələb olunur.
Bu gün Gəncə Dövlət Universitetinin (GDU) tələbələri etiraz aksiyası keçirib.
Jam.az-a verilən məlumata görə, tələbələrin aksiya keçirməsinə səbəb qış imtahan sessiyasında onlardan pul tələb olunması olub.
Məlumatda deyilir ki, ötən il imtahanlar üçün onlardan 30-40 manat pul alınırdısa, dekabrın 21-dən sonra həmin məbləğ 70 manata qaldırılıb. O da bildirilir ki, dekan və müəllimlər belə bir qərarın rektor Yusif Yusifov tərəfindən verildiyini bildirirərək, məsuliyyəti üzərlərindən atıblar. Bu isə tələbələrin daha da qəzəblənməsinə səbəb olub. Və onlar rektorluğun qarşısına toplaşaraq, rektorun istefasını tələb ediblər.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Qaynar.info