Adının çəkilməsi istəməyən işçinin sözlərinə görə, bir neçə dəfə rəhbərlikdən maaşlarını tələb etsələr də, "büdcədə pul yoxdur" cavabını alıblar.
Məlumatda bildirilir ki, "Azərsu" işçiləri sonuncu dəfə 2015-ci ilin noyabr ayının maaşını alıblar.
İddiaya görə, maaşların gecikdirilməsinə səbəb "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun Beynəlxaq Bankdan götürdüyü kreditlər olub. Belə ki, Qorxmaz Hüseynov Beynəlxaq Bankdan külli miqdarda kredit götürüb, amma indi bunu ödəyə bilmir. Bununla bağlı ona bir neçə dəfə xəbərdarlıq olunub.
Indi isə işçilərin maaşları hesabına problemini həl etmək istəyir. "Azərsu" rəhbəri hətta bir az da irəli gedərək, maaş tələb edən işçiləri ixtisarla hədələyib.
İşçilər yaxın günlərdə maaşlarını ala bilməyəcəkləri təqdirdə, geniş miqyaslı etiraz aksiyalarını başlayacaqlarını deyiblər.