Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli tibb müəssisəsinin 1-ci mərtəbəsində ümumi sahəsi 8 kv.m. olan rentgen otağında lambirdən ibarət tavan 4 kv. m. sahədə və UPS aparatının hər birinin gücü 12 Vt olan 4 ədəd akkumulyatoru yanıb.
“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafiz
ə olunub. Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.