“5000 dollara qədər olan kreditlərə güzəştlərin verilməsi məsələsi hökumətin gündəliyindədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur:
“Bu gün 5000 dollara qədər olan kredit, kredit portfelində 250 milyon dollar təşkil edir. Hazırda biz güzəştlərin verilməsi üçün mənbənin axtarılması üzərində işləyirik. Ola bilsin ki, bu fiksal qaydada həllini tapsın. Amma bununla bağlı nə vaxt qərar veriləcəyi məlum deyil. Maliyyə mənbəyi tapılandan sonra bilinəcək”.