Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Bütün əmanətlər sığortalanacaq” - Elman Rüstəmov

“Bütün əmanətlər sığortalanacaq” - Elman Rüstəmov


"Əmanətlərin tam sığortalanması haqqında" qanun layihəsi yeni qanunvericilik aktıdır.



"Qafqazinfo" xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında sözügedən sənədin müzakirəsində çıxışı zamanı dilə gətirib.



Onun sözlərinə görə, MDB ölkələrinin heç birində belə bir hüquqi sənəd yoxdur.



O deyib ki, 2008-ci ildə dünyada yaşanan və hələ də davam edən ağır maliyyə-iqtisadi böhranla əlaqədar onlarla aparıcı, inkişaf etmiş ölkə belə bir addıma gedib, bu yöndə müvafiq qanun qəbul edib:



"Ona görə biz də belə bir qanun layihəsinin hazırlanması və qəbul olunması yoluna üstünlük verdik. Ümumiyyətlə, bu, müvəqqəti qanundur. Daha doğrusu, bank sekrorunda müəyyən problemlər yaranarsa, dərhal bu qanun dövriyyəyə girəcək, bank sektorunda tam sabitlik yarandıqdan sonra isə ona ehtiyac qalmayacaq.



Onu da deyim ki, bu sənədin qəbulu ilə Azərbaycandakı bütün əmənətçilərin əmanətləri tam sığortalanacaq. Bu, çox ciddi, radikal addımdır, həm də dövlət başçısının xalqın maraqlarının təmin olunması baxımından atdığı bir addımdır.



Bununla Azərbaycandakı 6 milyon 600 min nəfər əmanətçinin hər birinin əmanəti tam sığortalanacaq".



İqtisadiyyat naziri Şahin Mustafayev isə bildirb ki, bu sənəd Azərbaycan insanın, Azərbaycan əmanətçilərinin hüquqlarının qorumasını nəzərdə tutan bir sənəddir:



"Bu, belə də qiymətləndirilməlidir. Bu, irəliyə doğru atılmış çox mühüm addımdır".



***



"Dünən Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə çox dəyərli bir çıxış etdi və orada bir daha vurğulandı ki, dünyada günü-gündən dərinləşən qlobal maliyyə-iqtisadi böhrana və onun Azərbaycana bəzi təsirlərinə baxmayaraq, ölkəmiz davamlı, keyfiyyətli inkişaf yolundadır".



"Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı parlamentin komitə sədri Ziyad Səmədzadə dilə gətirib.



Onun sözlərinə görə, dünyada neftin qiymətinin 4 dəfədən çox ucuzlaşmasına baxmayaraq. Azərbaycan iqtisadiyyatı öz dinamikliyini qoruyub saxlaya bilib, həmçiinin, gəlirlərin azalması fonunda ölkədə sabitlik mövcuddur:



"Müşavirədə hökumətə bir daha tapşırıq verildi ki, bu sabitliyin davamlı olması üçün də iqtisadi, antiböhran tədbirləri görülməli və davam etdirilməlidir. Bu gün iki komitənin birgə iclasının müzakirəsinə təqdim olunan 7 sənəd də məhz məhz bu sabitliyin davamlı olmasını təmin etmək üçün təqdim olunan sənədlərdir".



Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov isə vurğulayıb ki, hələ də dövlat başçısının yanında keçirilən müşavirənin təəssüratı altındadır:



"Həmin müşavirədə dövlət başçısı tərəfindən bir daha ciddi tapşırıqlar verildi".



E. Rüstəmovun qeyd etdiyinə görə, Azərbaycan eyni zamanda, dünya iqtisadiyyatından gələn "şoku", impulsu nəzərə almalıdır.



"Bu "şoku", impulsu nəzərə almamaq mümkün deyil. Ancaq bununla yanaşı, ölkədə istər bank sektorunun qorunması, istər bütövlükdə iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün ciddi işlər görülməlidir və görülür də. Sonuncu müşavirədə də bir daha bu istiqamətdə ciddi, əhəmiyyətli tapşırıqlar verildi".



O, həmçinin Azərbaycanın bank sektorunda vəziyyətin qənaətbəxş olduğunu iddia edib.



"Hesab edirəm ki, bütün yaşananlara, problemlərə baxmayaraq, Azərbaycanın bank sektoru sabitliyini qoruya bilib.



Düzdür, bir-iki bankda problemlər yaşanıb, onların ödəmə qabiliyyəti zəif olub, amma bütün hallarda Azərbaycanın bank sektoru ayaqdadır".


Teqlər:
Bu xəbər cəmi 1665 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR