Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Komitədə ilin yekunları ilə bağlı - Müşavirə

Komitədə ilin yekunları ilə bağlı - Müşavirə


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib. “Qafqazinfo”ya daxil olan məlumata görə, müşavirəni komitə sədri Kərəm Həsənov giriş sözü ilə açıq elan edib. Qeyd olunub ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi, yerquruluşu, kadastr və digər vəzifələrin icrasının komitənin səlahiyyətlərinə aid edilməsi ötən ilin ən əhəmiyyətli hadisələrindən biri olub. Bu, dövlət başçısı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə göstərilən ən böyük etimaddır. Eyni zamanda, 2015-ci ildə imzalanmış müvafiq Fərmanla Komitənin yeni Əsasnaməsi təsdiq olunub və komitədə struktur dəyişiklikləri həyata keçirilib.



Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2015-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin yeni İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışı da komitə üçün mühüm hadisələrdən biri olub. Mərkəzdə Milli Avtomatlaşdırılmış Əmlak Sistemi, Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi və Ünvan Reyestri İnformasiya Sistemi fəaliyyət göstərir. Eyni zamanda, bu sistemlərin sırasına Torpaqların Elektron Uçotu İnformasiya Sistemi və Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi də aiddir. Məlumatların qorunması və informasiya təhlükəsizliyinin effektiv təmin olunması məqsədilə Şamaxıda Ehtiyat Məlumat Mərkəzi tikilib istifadəyə verilib.



Əmlak Məsələləri Dövlət Komitəsi 2015-ci ildə də növbəti beynəlxalq tədbirə ev sahibliyi edib. BMT Avropa İqtisadi Komissiyası və BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində 29–30 oktyabr tarixində 56 üzv dövlətin nümayəndəsinin iştirakı ilə “BMT AİK regionu üzrə daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu” mövzusunda beynəlxalq tədbir keçirilib. Torpaqların vahid elektron uçotunun aparılması məqsədilə Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılıb.



Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin elektron kadastr məlumat bazası yaradılıb. Elektron kadastr məlumat bazasında parsel-torpaq sahəsi haqqında bütün məlumatlar əks olunub. Torpaqların uçotu sistemi və Bakı Kadastr layihəsi Milli Məkan Məlumatları İnfrastrukturunun tərkib hissəsidir.



Gəncə və Şəki şəhərlərində icra olunan “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin bu il yekunlaşması nəzərdə tutulur. Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sisteminin yaradılmasından ibarətdir. “Daşınmaz Əmlakın Kütləvi Qiymətləndirilməsi Layihəsi” ilk olaraq Sumqayıt şəhərində icra olunmuş, hazırda Quba və Xaçmaz rayonlarında davam etdirilir.



Müşavirədə qeyd olunub ki, daşınmaz əmlakın qeydiyyatında çeviklik və müasirliyin artırılması məqsədilə ötən il 3 SMS xidmət istifadəyə verilib. Ümumilikdə isə Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 300 minə yaxın elektron müraciət daxil olub və icra edilib. 

Fəaliyyət sahələri üzrə vətəndaşların sorğularının operativ cavablandırılması məqsədi ilə komitənin bütün çağrı mərkəzləri üzrə cəmi 11 minə yaxın müraciət daxil olub.



2007-ci ildən Dünya Bankının dəstəyi ilə həyata keçirilmiş Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi uğurla başa çatdırılıb. 

Torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası ilə bağlı respublika üzrə regional İşgüzar Forumlar keçirilib.



Daha sonra müşavirədə fəaliyyət sahələri üzrə ötən il qeydə alınmış bəzi statistik göstəricilər barədə məlumat verilib. Bildirilib ki, 2015-ci ilin yanvar-dekabr aylarında 685 kiçik dövlət müəssisə və obyekti, yarımçıq tikililər və nəqliyyat vasitələri, 456 müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi, keçirilmiş 50 pul hərracında 20 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. Ötən dövr ərzində 464 qeyri-yaşayış sahəsi və 298 torpaq sahəsi icarəyə verilib. Hesabat dövründə 5 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib.



İllik xüsusi hesabat formasını təqdim etməli olan 6223 səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5808 illik xüsusi hesabat forması qəbul edilib. Bunlardan 4353-ü isə elektron formada təqdim edilib. Hesabat dövründə 2857 ədəd Registrdən çıxarış sənədi hazırlanıb.



2015-ci ilin yanvar-dekabr aylarında 191 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Hesabat dövründə 41371 ipoteka müqaviləsi qeydə alınıb.



Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 128322 yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 103753-ü onlayn üsulla həyata keçirilib. Həmçinin əhaliyə xidmətlə bağlı 35325 digər müxtəlif məzmunlu arayışlar verilib. 2015-ci ilin yanvar-dekabr ayları ərzində 137012 daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.



Müşavirədə ayrı-ayrı struktur bölmə və qurum rəhbərlərinin görülən işlər barədə çıxışları olub və verilən suallar cavablandırılıb. Müşavirənin sonunda komitə sədri komitənin struktur bölmə və tabeli qurum rəhbərlərinə tapşırıqlarını verib.



Komitədə ilin yekunları ilə bağlı -  Müşavirə

Komitədə ilin yekunları ilə bağlı -  Müşavirə


Teqlər:
Bu xəbər cəmi 1235 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR