Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rəsmi məlumat: Yağ istehsalı zamanı istehlakçıları aldadan firma rəhbəri saxlanılıb

Rəsmi məlumat: Yağ istehsalı zamanı istehlakçıları aldadan firma rəhbəri saxlanılıb


Yağ istehsalı zamanı istehlakçıları aldatmaqla süni qiymət artımı yaradan firmanın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.



Baş prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumatda bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətitərəfindən aparılmış araşdırma zamanı Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov ev 20, mənzil 1 ünvanında fəaliyyət göstərən “Fazil” firması tərəfindən istehsal olunmuş “Rossiyskoye №40” və “Rossiyskoye №10” kombinə edilmiş xüsusi yağ nümunələrinin etiketində qeyd olunan məhsullarda süd yağının miqdarının müvafiq olaraq 40% və 10% göstərildiyi halda, analiz nəticələrinə görə bu göstəricilərindəfələrlə az, yəni müvafiq olaraq 0,49% və 1,22% olması müəyyən edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir.



Baş İdarə tərəfindən aparılmış araşdırma zamanı “Fazil” firmasının direktoru Tahir Sadıxov tərəfindən süni qiymət artımına yol verilməsinə və xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə tamah və sair şəxsi niyyətlərlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə firma tərəfindən istehsal olunan “Rossiyskoye №40” və “Rossiyskoye №10” yağlarının xüsusiyyəti və keyfiyyətinə dair məlumatları saxtalaşdırmaqla istehlakçıları xeyli miqdarda aldadaraq fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə),200.1(istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 313-cü maddələri ilə cinayət işi başlanmış, T.Sadıxov şübhəli şəxs qismində saxlanılmışdır.



Hazırda qeyd olunan cinayətin törədilməsində iştirak etmiş digər təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bir daha bəyan edir ki, süni qiymət artımı, məqsədli mal qıtlığının yaradılması və digər sui-istifadə hallarına yol verən təxribatçı, işbaz və dəllallar barəsində qanunla nəzərdə tutulmuş ən ciddi cəza tədbirləri görüləcəkdir.



Həmçinin bu cür hallarla qarşılaşan vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı və İqtisadiyyat Nazirliyinin 195-2 saylı “Qaynar xətt” əlaqə mərkəzlərinə müraciət etmələri tövsiyə olunur.


Teqlər:
Bu xəbər cəmi 1610 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR