Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Fırıldaqçı şirkət 363 ailəni evsiz qoydu

Fırıldaqçı şirkət 363 ailəni evsiz qoydu
"2006-cı ildə Xırdalanın mərkəzi küçəsində bina inşa edib. Mən və mənim kimi mənzil almaq istəyən yüzlərlə adam tikintini aparan şirkətə üz tutduq, pul ödədik, mənzil aldıq. 10 il keçir, biz hələ də mənzilimizə sahib çıxa bilmirik”.


 



 





Bunu Azadlıq Radiosunun "Qaynar xətt”inə sahibi həbsli axtarışda olan "HAYAN” MMC-dən mənzil almış Tariyel Hüseynov deyir.


 


10 ildir gözləyən, kirayələrdə yaşayan və şikayət etmədikləri qurum qalmayan sakinlər dəfələrlə müxtəlif qurumların, eləcə də Prezident Administrasiyasının qarşısına toplaşıblar. Nəticədə şirkət rəhbərləri barəsində cinayət işi başlanıb və məlum olub ki, binadakı eyni mənzillər təkrar-təkrar satılıb.


 


Musa Qasımov da binadan övladları üçün mənzil alanlardan biri olub:


 


"2009-cu ildən binanın tikintisi dayandı, sonra da bəlli oldu ki, şəxsən mənim aldığım mənzil başqa üç nəfərə də satılıb. Dəfələrlə şirkət rəhbərlərinə, Elman Tağıyevin birbaşa özünə müraciət etdik. Heç bizi yaxına buraxmırdı. Verdikləri vədlər də boşa çıxdı”.


 


BİNALARIN ÖZÜLÜ BELƏ QAZILMAYIB…


 


Payçı deyir, Elman Tağıyevin başqa adlarda daha bir neçə şirkəti də olub:


 


"Bizdən əvvəl başqalarını da aldadıb. Adamlardan xeyli pullar alınıb, ancaq heç vəd etdikləri binaların özülü də qazılmayıb. Hər dəfə başqa-başqa adlarda şirkətlər yaradaraq adamları aldatmaqla məşğul idi”.


 


2013-cü ildə Elman Tağıyev "Birlik İnşaat” MMC-nin direktoru kimi cinayət məsuliyyətinə cəlb olunub. Araşdırma zamanı məlum olub ki, Xırdalanda bina tikintisi ilə məşğul olan "HAYAN” MMC və başqa bir necə şirkət də Elman Tağıyevə məxsusdur.


 


Elman Tağıyev ibtidai istintaq və məhkəmə dövründə zamində olub.


 


Bakı Ağır Cinayətlər Məhkəməsi dələduzluqda ittiham olunan şirkət rəhbərliyi və əməkdaşları barədə hökmü elan edən gün isə məhkəmə iclasına gəlməyib. Məhkəmə onu 15 il müddətinə azadlıqdan məhrum edib və barəsində axtarış elan olunub.


 


"ADAMI HİMAYƏ EDİRDİLƏR”


 


Ancaq payçıları dilə gətirən odur ki, məhkəmədə də onlara dəymiş zərərin ödənilməsinə nail ola bilməyiblər və bu günədək də kirayələrdə yaşayırlar


 


Zərərçəkmiş payçı Ədalət Səlimov deyir ki, məhkəmə hökm çıxarandan bəri axtarış gedir amma hələ nəticə yoxdur:


 


"İstintaq oldu, adamı tutmadılar, iş məhkəməyə getdi, yenə tutmadılar. O da bütün məhkəmə iclaslarına gəldi, hökm oxunan gün gəlmədi. Dedilər, "aradan çıxıb”… Əlbəttə ki, elə-belə deyildi, adamı himayə edirdilər. Məhkəmə də, onun barəsində çıxarılan 15 illik həbs cəzası da bizim gözümüzdən pərdə asmaq üçün idi”.


 


Məhkəmə Elman Tağıyevin adında əmlak olmadığını əsas gətirib. Yəni adamlara dəymiş ümumilikdə azı 10 milyon manatı sahiblərinə qaytarmaq üçün müsadirə edib hərraca çıxarmağa əmlak tapılmayıb.


 



 


Teqlər:
Bu xəbər cəmi 1145 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR