Onlar bir müddət öncə də dinc aksiya keçirib, tələblərini ortaya qoymuşdular. Görünən odur ki, istəkləri yerinə yetirilməyib. Belə ki, hazırda 5/3, 5/4 sıralarda çalışan sahibkarlar dükanları qapadaraq, bu şəkildə dinc aksiya keçirirlər. Onların etirazlarına səbəb isə, icarə haqlarının çox olmasıdır.
Şikayətçi sahibkarların musavat.com-a verdiyi məlumata görə, digər sahibkarlar da onlara qatılacaq:"Ölkədə böhran var. Alver yoxdur. Pul qazana bilmirik. Gəlirlərimiz aşağı düşüb. Amma icarə haqqı dəyişməyib. Üstəlik ay tamam olan kimi pulu tələb edirlər. O pulu necə ödəyək? Bizi başa düşüb, qiyməti aşağı salmalıdırlar. Digər sıralarda olan tacirlər də bizə qatılmağı düşünürlər. Alver heç kimdə yoxdur, problem hamımızın problemidir. Belə getsə, hamımızı dükanları qapadıb, gedəcəyik".