Erməni memar, Britaniya Kral Memarlıq İnstitutunun üzvü Mişel Mosesyan Məkkə şəhərində müsəlman muzeyinin tikilməsi üçün keçirilən müsabiqənin qalibi olub.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mosesyanın rəhbərlik etdiyi "Mossessian Architecture” şirkətinin tikəcəyi muzey Məkkədən 7 kilometrlik məsafədə olacaq və müsəlmanlığın yaranışını simvolizə edəcək. 5600 kilometrlik ərazini əhatə edəcək muzeydə virtual məscid, audio-video zallar, 3D nümayişlər, həmçinin çardaqda bağ salınacaq.
Ən maraqlısı isə odur ki, muzeyin tikintisində istifadə olunacaq daşların hamısı müsəlman ölkələrindən gətiriləcək.