Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar tabeliyində olan müəsssisələrdə kəçiriləcək tədbirlər planı tərtib edib.
“Qafqazinfo”ya daxil olan məlumatına görə, idarəsinin kollektivinin 20 yanvar günü Şəhidlər Xiyabanına ziyarəti daxil olmaqla, tabeliyində olan mədəniyyət evləri, uşaq musiqi və incəsənət məktəbləri, kitabxanalar, muzey və mərkəzlərdə sərgilər, anım gecələri, dəyirmi masalar, kompazisiyalar, ədəbi-bədii gecələr, məlumat saatları və mühazirələr keçiriləcək.
Həmçinin, İdarənin nəzdində fəaliyyyət göstərən “İstedad Mərkəzi” yanvarın 19-da saat 15:00-da Muzey Mərkəzində 20 Yanvar faciəsinə həsr olunmuş konsert təqdim edəcək. Mərkəzin rəhbəri Xalq artisti, professor Zəhra Quliyevanın rəhbərliyi ilə uşaq musiqi və incəsənət məktəblərində təhsil alan istedadlı şagirdlərinin ifasında milli və dünya bəstəkarlarının müxtəlif əsərləri səsləndiriləcək.