Azərbaycanda dolların və avronun rəsmi məzənnəsində dəyişiklik olub.
"Qafqazinfo" Mərkəzi Banka istinadən xəbər verir ki, bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5870 manat, avro isə 1,7293 manat təşkil edir.
Qeyd edək ki, həftəsonu Azərbaycanda rəsmi məzənnəyə görə 1 dollar 1.5706 manat, avro isə 1,7097 manat olub.
Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.