Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Soğan əkib, ailə saxlamaq olarmı? - Əməkdaşımız bazarda buna cavab axtardı - FOTOLAR

Soğan əkib, ailə saxlamaq olarmı? - Əməkdaşımız bazarda buna cavab axtardı - FOTOLAR



Son günlər deputat Aqil Abbasın “get soğan ək, ailəni saxla” cümləsi ictimaiyyətdə geniş müzakirə mövzusuna çevrilib. 


 


A.Abbas iş və ucuzluq istəyən əhalinin etirazları ilə bağlı Azadlıq Radiosuna danışarkən bildirib: “İş yeri tikirlər, sahibkarlar da yer açır ki, camaatı işlə təmin etsinlər. Amma hamını işlə təmin etmək... Amerikada hamı işlə təmin edilib? Ya İngiltərədə, ya Fransada, ya qardaşımız Türkiyədə..? Dövlət qulluq vermirsə, sənə torpaq verir. Get orada soğan ək, ailəni saxla... Misal üçün deyirəm, bunu... Mən də istəyərəm ki, hamı işlə təmin olunsun”.   


 


Deputatın səsləndirdiyi bu fikirlər insanlar tərəfindən birmənalı qarşılanmadı. Kimisi A.Abbasın fikirlərinə dəstək oldu və bildirdi ki, həqiqətən də əziyyət çəkən ac qalmaz, kimisi də onu bu sözlərinə görə qınadı. 


 


Bəs, həqiqətən də soğan əkməklə ailə saxlamaq mümkündürmü?


 


Bu suala cavab tapmaq üçün musavat.com-un əməkdaşı paytaxt ərazisindəki soğanın topdansatış məntəqələrində olub, oradakı satıcılarla söhbətləşib.


 


Satıcılar musavat.com-un əməkdaşına problemlərindən danışaraq, bildiriblər ki, soğanı əkib, bazara çıxarmaq çətin məsələdir. Ancaq çıxara bilən, pul da qazanar, ailəsini də saxlayar... 


 


Satıcı Qəzənfərin sözlərinə görə, Bakıda soğanı əksər satıcılar eyni yerdən alırlar: “Əksəriyyət “Meyvəli”dən gedib, alır. Elə biz də gedib, oradan şərikimizlə birlikdə maşına yükləyib, gətirib bazara veririk. Yəni özümüz əkib, becərmirik. Ona görə də bizə buradan qalan qəpik quruşdur. Soğanın bir kisəsi hazırda 19-20 manatadır. Maşın, yer xərcini çıxanda, bizə buradan 40-50 qəpik qalır. Özüm elə Beyləqan rayonundanam. Əvvəllər biz də soğan əkirdik. Ancaq adamdan elə qiymətə alırlar ki, əkmək sərf eləmir. Əziyyətimiz elə özümüzə qalırdı. İndi heç olmasa, kisəsinə 50 qəpik də olsa, qazana bilirik. Əkəndə isə elə olurdu ki, heç mayanı da çıxara bilmirdik. Ona görə də, elə əziyyət çəkib, əkib qazanmayınca, satıcılıq edib, heç olmasa, zülmümüzü azaldırıq. İndi bazara çıxarılan soğanlar yayda alınıb, saxlanılanlardır. O vaxt manat da indiki kimi deyildi. Yəqin ki, növbəti ildən qiymətlərdə fərq olacaq. Onda soğan əkmək bir yana, heç satmaqla da ailə saxlamaq mümkün olmayacaq”.


 


Digər satıcı Qasım isə bildirdi ki, Aqil Abbas doğru söyləyib, soğan əkib, satmaqla dolanmaq olar, ancaq bu işin də öz problemi var: “Birincisi soğan əkmək elə də asan iş deyil. Bunun da öz üsulu var. Bu üsulu bilmək lazımdır. Ağdamda, Beyləqanda soğan əkmək üçün təbii şərait var. Orada soğan əkənlər də var.  Deputat düz deyir ki, əziyyət çəkib, soğan belə, əksən satıb, ailəni dolandıra bilərsən. Ancaq bir şey də var ki, gərək sata biləsən də... Şəhərdən gəlirlər, yığırlar maşınlara aparırlar. Elə qiymət deyirlər ki, heç əziyyətinə dəymir. Hökumətimiz kömək eləsə, yaxşı qiymətə alsa, məncə hər kəs özü əkib, məhsulunu bazara çıxarar. Yoxsa, satanda ancaq mayanı çıxarmaq mümkün olacaqsa, bu, daha nə oldu ki..? Ya da ki, bizə şərait yaratsınlar, gəlib bazarda rahat şəkildə malımızı sata bilək. Yoxsa hansısa topdansatış yerlərinə verməyə məcbur olmayaq. Həmin topdansatış yerləri də məhsulu maya dəyərindən də aşağı alır. Bu da heç kimə sərf eləmir. Soğanı həyətdə özümüz, qohum-qonşu üçün əkirik. Ancaq bunu satış üçün əkmək indiki şəraitdə dediyim kimi sərf eləmir”.


 




 







Teqlər:
Bu xəbər cəmi 1740 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR