Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İTV-DƏN ZİDDİYYƏTLİ XƏBƏRLƏR GƏLMƏKDƏ DAVAM EDİR

İTV-DƏN ZİDDİYYƏTLİ XƏBƏRLƏR GƏLMƏKDƏ DAVAM EDİR
İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli televiziyadan istefaların səbəbini izah etməkdən qaçır: “Hələlik yayım şurası cari məsələlərə qarışmır. İstefaların səbəbini baş direktordan soruşmaq lazımdır. Bu, qanunda da öz əksini tapıb”. İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr və Monitorinq Departamentinin rəhbəri Tahir Məmmədov isə bu gün mətbuata açıqlamasında bildirib ki, istefalarla bağlı mətbuatda yayılan məlumatlar yalandır: “İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Çingiz Aslanov və İnformasiya Departamentinin direktoru İlham Sərxanlının işdən azad olunmaları barədə məlumat doğru deyil. Onlar işdən azad edilməyiblər, hazırda fəaliyyətlərini davam etdirirlər”. Qeyd edək ki, aprelin 23-də Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib. Dünən mətbuatda Çingiz Aslanov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun radio üzrə müavini Elman Qədirov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru Rafiq Nəbiyev, İlham Sərxanlının və dünən “İTV”nin kadrlar və xüsusi işlər şöbəsinin müdiri İlham Hüseynovun işdən azad edilməsi barədə məlumat yayılıb. İctimai Televiziyadakı proseslərlə aşkarlığın olmaması, baş verən hadisələrə aydınlıq gətirilməməsi ekspertləri də çarəsiz qoyub. Bu mövzuda müraciət etdiyimiz ekspertlər açıqlama verməkdə çətinlik çəkirlər. Ekspertlər hesab edir ki, istefalar barədə dəqiq məlumat verilməlidir. “İTV”dən ziddiyyətli xəbərlər yayılmaqda davam edir. Hələ ki, bu məlumatlarla bağlı rəhbərlik səviyyəsində rəsmi münasibət bildirilməyib.

Teqlər:
Bu xəbər cəmi 1720 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR