Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Millət vəkilindən “Azersun”a ittiham - Xalqın mədəsinə “tomat” tökür

Millət vəkilindən “Azersun”a ittiham - Xalqın mədəsinə “tomat” tökür


Ölkə rəhbərliyi ən yüksək tribunadan süni qiymət artımlarına qarşı sözün əsl mənasında müharibə elan etdi. Bəzi şirkətlər qiymətləri cüzi qaldırdığını bildirsə də, marketlərdə bunun tam əksini gördük.



“Qafqazinfo” xəbər verir ki, millət vəkili Zahid Oruc qida sənayesi və ölkədəki qida inhisarçıları barədə Ölkə.Az-a açıqlama verib: "Bizim hər birimizə bəllidir ki, müxtəlif qurumların, şirkətlərin, holdinqlərin daxili bazardakı qiymət siyasətinə diqtə edici yöndə təsir imkanları var. Onlar rəqabətdənkənar qiymətləri, qiymət məzənnələrini müəyyənləşdirirlər. ““Azersun” şirkətinin qida sənayesində hansı inhisarçı mövqeni qazandığını hər kəs bilir. Adamlar hələ minnət də qoyurlar ki, on minlərlə insana istehsal mədəniyyəti, istehsal intizamı və s. gətiriblər. Sanki, "Azersun" olmasaydı Azərbaycan insanı burjuaziyanın nə olduğunu bilməycəkdi. "Azersun" düşünür ki, 10 min insanı Afrikadan, İrandan, ya da Türkiyədən gətirməli imişlər.



Baxın, sizə vacib bir şey deyim. Azərbaycanın cənub bölgəsində münbit torpaqları əhatə edən bir müəssisə var idi. Sadə vətəndaşlarımız da min hektarlarla yeri əkib becərir, məhsullarını yetişdirib həmin müəssisənin zavoduna verirdilər. Zavod da yaxşı məhsullar istehsal edir, insanlarımız da keyfiyyətli məhsullardan istifadə edirdi. Günün birində "Azersun"un monopolist mevqeyi o müəssisənin iflasına səbəb oldu. Zavodu sıxışdırıb iflas etdirdikdən sonra o ərazilər də, əkilməmiş qaldı. Minlərlə insan da qazanclarından məhrum oldu. İşsizlikdən o insanlar paytaxta üz tutub. Bakı şəhərinin onsuzda əmək və məzil bazarındakı gərginliyi biraz da ağırlaşdırdılar. Sakinlər yerli büdcənin formalaşmasında iştirak edə bilmirlər. Həmçinin bizlər də keyfiyyətli məhsuldan məhrum olduq.



Əvəzində nə oldu? "Azersun" Çindən gətirilmiş hazır konsentratın üstündə biraz da emal prosesi həyata keçirib Azərbaycan xalqının mədəsinə "tomat"ı tökür. Bundan sonra bizim səhiyyə müəssisələrimizə, tibbi qurumlarımıza nə qədər xəstə müraciət edir. Əsas məsələ isə devalvasiya vaxtı meydana çıxır. Daxili istehsalı hər cür vasitələrlə vurub bazardan çıxardan "Azersun" şirkəti çox böyük minnətlə xalqa elan edir ki, bizim gətirdiyimiz məhsulların maya dəyərində, onun xammalında dolların yeni kursu oturub. Ona görə də, biz sizə devalvasiya faizi qədər deyil, 30% bahalaşma elan edirik. Sual olunur, sən bu cür fəaliyyəti İsveçdə və yaxud Norveçdə apara bilərdinmi? Avropa ölkələrindən birində "Azersun" kimi şirkətə mütləq cəza sanksiyası tətbiq edilərdi. Yaxşı, "Azersun" olmasaydı Azərbaycan xalqı qənd, duz, yağ kimi məhsulları istehsal edə bilməyəcəkdi?”. 


Teqlər:
Bu xəbər cəmi 1020 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR