Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

SOCAR-la Gürcüstan arasında nə baş verir?

SOCAR-la Gürcüstan arasında nə baş verir?


“Biz Gürcüstan hakimiyyəti qarşısnda bütün öhdəliklərimizi yerinə yetiririk”.



“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu sözləri SOCAR rəhbəri Rövnəq Abdullaryev "Rustavi 2" televiziyasına müsahibəsində deyib. Rövnəq Abdulayev açıqlamasında bildirib ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və digər hökumət nümayəndələri ilə danışıqlar yaxşı keçib. "Gürcüstan hakimiyyətinə qəbul üçün təşəkkür edirəm. Bütün çətinliklərə baxmayaraq, biz neft və qaz qiymətlərində öhdəliyi yerinə yetiririk. Texniki problemləri isə birlikdə həll etməyə çalışacağıq”,- deyə SOCAR rəhbəri bildirib.



“SOCAR Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov isə bildirib ki, Azərbaycan Gürcüstana nəql etdiyi gündəlik təbii qazın həcmini 6 mln. kubmetrdən 7 mln. kubmetrə qədər artıracaq. Onun sözlərinə görə, görüşdə əsasən müzəkirə mövzularından biri qaza təlabatın pik dövründə texniki imkanların yaxşılaşdırılması idi. "Bu yeni baş nazir Georgi Kvirikaşvili səviyyəsində ilk görüş idi. Biz bilirik ki, qış mövsümündə qaz istehlakı böyüyür. Əsas müzakirə etdiyimiz məsələ isə yaranan defisitin texniki yollarla nece doldurmaqdır. Biz razılaşdıq ki, ekspertlərimiz bu istiqamətdə birgə işləyəcəklər",-deyə Mahir Məmmədov bildirdi.



Gürcüstan hazırda özünü üç mənbədən qazla təmin edir. Rəsmi Tiflis gün ərzində SOCAR –dan 6 milyon, "Şahdəniz 1"dən təxminən 3 milyon kubmetr qaz alır. "Şahdəniz 1" dən Bakı-Tiflis-Ərzurum boru kəməri ilə nəql edilir.



Rusiyadan isə 2-2,5 milyon kubmetr qaz idxal edir. “Qazprom” Gürcüstana 2014-cü ildə 300 milyon kubmetr qaz satıb. Rusiya Ermənistana ötürdüyü qazının tranzit haqqının əvəzində Gürcüstana “mavi yanacaq”satır.



Energetika naziri Kaxa Kaladze iddia edir ki, SOCAR Gürüstanın yetəri qədər qazla təmin edə bilmir.



Ötən gün isə qaz məsələsini müzakirə etmək üçün SOCAR rəhbərliyi və Gürcüstanın hökumət rəhbərlər Tiflisdə görüşüblər. Görüşdə Gürcüstanın qış mövsümündə təbii qaza artan tələbatının tam ödənilməsi üçün mövcud qaz kəmərlərinin texniki vəziyyəti və nəqlin artırılması imkanları ilə bağlı məsələlər müzakirə olunub.



Görüşdə Azərbaycan tərəfini SOCAR prezidenti Rövnəq Abdullayev, "SOCAR Georgia”nın baş direktoru Mahir Məmmədov, Gürcüstan tərəfini baş nazir Georgi Kvirikaşvili və Kaxa Kaladze təmsil edib.



SOCAR-la Gürcüstan arasında nə baş verir?


Teqlər:
Bu xəbər cəmi 655 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR