Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Abdolbari Gozalın «bahalaşdırma sabotajı»nın pərdəarxası

Abdolbari Gozalın «bahalaşdırma sabotajı»nın pərdəarxası


Xəbər verildiyi kimi, iki gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkədə süni bahalaşdırma yaradanlara qarşı növbəti sərt xəbərdarlığını edib. Dövlət rəhbəri manatın ikinci devalvasiyasından sonra qiymətlərin qalxması nəticəsində yaranan situasiyaya toxunub, istehlak qiymətlərinə çox ciddi nəzarət etməyin vacibliyini qeyd edib: “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, müəyyən dərəcədə biz ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq. Hələ ki, bu məhsullarla özümüzü 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun”.



Amma təəssüf ki, gələn xəbərlər manatın ikinci devalvasyiasının ciddi qiymət artımına yol açdığını deməyə əsas verir. Ən maraqlısı isə yerli istehsal məhsullarının da kəskin bahalaşmasıdır. Bu sırada xüsusilə «Azersun Holdinq»in istehsal etdiyi məhsulların qiymətinin ciddi şəkildə artımı diqqət çəkir.



1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan və özünü «ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkəti» hesab edən “Azərsun Holdinq” MMC hələ manatın ikinci devalvasiyasından dərhal sonra istehsal etdiyi məhsullarının qiymətinin artırılmasının qaçılmaz olduğunu bəyan edib. Belə ki, dekabrın 21-də milli valyutamızın məzənnəsinin dollara nisbətdə kəskin ucuzlaşmasının ardından “Azersun Holdinq” MMC-nin məhsulları ən azı 35-40 faiz bahalaşıb. Bahalaşma kərə və bitki yağları, çay, şirniyyat kimi qida, quşçuluq məhsullarında, xüsusilə yumurtada, kimyəvi və yuyucu toz məhsullarında özünü aşkar büruzə verib.



Alıcıların belə ciddi qiymət artımına sərt reaksiyası isə «Azersun Holdinq»i açıqlama verməyə məcbur edib. Həmin açıqlamada isə istehlakçılar necə deyərlər, əməlli-başlı borclu çıxarılıb. Abdolbari Goozalın rəhbərlik etdiyi şirkətin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərovun KİV-ə açıqlamasından: «Xalqın halına yanan tərəf varsa, o da bizik. Biz başqaları kimi asan qazanc əldə etmək yolunu tutmamışıq. Məhsulu xaricdən hazır gətirib bazara çıxarmırıq. Biz Azərbaycan torpaqlarında əkib-becərməklə, müəssisələr quraraq vətəndaşları işlə təmin etmək yolunu tutmuşuq. Nəzərə alın ki, ölkədə istehsal etdiyimiz məhsulları xaricdən hazır alıb yalnız bir əməliyyat etməklə kifayət qədər gəlir əldə edə bilərik. Biz isə buna getmirik. Biz 250 milyon dollara yaxın sərmayə qoyub zavodlar tikmişik, müəssisələrimizdə 12 min yaxın insan işlə təmin olunub. Həm də nəzərə alın ki, buna baxmayaraq biz xamalın 80-90 faizə yaxınını xaricdən alırıq. Çünki, ölkədə xammal ehtiyatı formalaşmayıb. Buna görə də xammalı xaricdən valyuta ilə alırıq”.



Şirkət rəsmisi devalvasiya baş verən an rəflərdəki məhsulların qiymətinin dərhal qaldırılmasına da qəribə reaksiya verib: «Bu zavod işləyir və biz lazım olan məhsulu valyuta ilə alıb emal ediriksə, buna getməliyik. Çünki, növbəti dəfəyə məhsul sifariş vermək üçün dollar almaq məcburiyyətindəyik. Və həmin an tənzimləməyə getməsək, qiyməti bazara uyğunlaşdırmasaq, növbəti dəfə üçün sifariş verdiyimiz xammalı ala bilməyəcəyik. Nəticədə minlərlə insan işsiz qalacaq, bazarda isə qıtlıq yaranacaq. Bizim insanımız düşünür ki, məhsul Azərbaycanda istehsal olunursa, niyə bahalaşıb? Anlamırlar ki, lazımlı xammal idxal olunur”.



Şübhəsiz ki, holdinqin özünə haqq qazandırmaq üçün irəli sürdüyü arqumentlərin bəziləri ilə razılaşmamaq çətindir. Amma bu, manatın ikinci devalvasiyasından dərhal sonra, özü də kəskin qiymət artımına gedilməsinə izahat vermək çətindir. Xüsusilə ölkə rəhbərliyinin bahalaşmaya qarşı iradə nümayiş etdirdiyi bir vaxtda!



Axı ölkə başçısı iki gün əvvəlki çıxışında məsələyə birmənalı münasibət bildirir və kifayət qədər konkret tapşırıq verib: «O məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır !» İndi maraqlıdır, görəsən, «Azersun Holdinq» rəsmiləri dövlət rəhbərinin bu mövqeyi ilə bağlı nə düşünürlər və bahalaşma ilə bağlı iki həftə öncəki bəhanələrində israr edirlərmi?!



Və yaxud, artıq xəbərlər gəlir ki, «Azersun Holdinq»in distrübitorları iri supermarketlərə məhsulları pulunu öncədən tələb etməklə satırlar. Bu isə onsuz da çətin olan vəziyyəti bir az da mürəkkəbləşdirir.



Bir sözlə, dövlət rəhbərinin iki gün əvvəl səsləndirdiyi sərt xəbərdarlıqlardan və ciddi tapşırıqlardan ən böyük pay «Azersun Holdinq»ə düşür. Unutmayaq ki, artıq ölkə başçısı süni bahalaşdırma yaradanlara qarşı cərimələrlə kifayətlənməməyi və daha sərt cəza tədbirlərinə əl atılmasını, prokurorluq orqanlarının hərəkətə keçməsini istəyib. Bu isə o deməkdir ki, ölkə əhalisini kəskin qiymət artımı ilə sınağa çəkənlərin yaxın perspektivdə aqibəti hətta onların özlərinin düşündüyündən də ağır ola bilər.



Digər tərəfdən isə, «Azersun Holdinq» tezliklə ölkə başçısının sərt xəbərdarlıqlarından nəticə çıxardığını nümayiş etdirməli, xüsusilə yerli qida məhsullarının manatın ikinci devalvasiyasından sonra kəskin artan qiymətlərinə yenidən baxmalıdır. Əks halda, belə məlum olacaq ki, adıçəkilən MMC ölkə rəhbərliyinin iradəsinə qarşı çıxır.



Unutmamaq lazımdır ki, ölkə üçün həssas bir dövr yaşayırıq və bu mərhələni mümkün qədər az fəsadlarla adlamaq üçün hər kəs öz məsuliyyətini dərk etməli, prosesə öz müsbət töhvələrini verməyə çalışmalıdır. Nəzərə alaq ki, indiki vəziyyətdə əhalinin narazılığını artırmağa xidmət edən davranışlar, xüsusilə bahalaşma qərarları həm də hökumətə qarşı sabotaj xarakteri daşıyır və belə addımlara laqeyd münasibət ümumilikdə, Azərbaycanın gələcəyi üçün yaxşı heç nə vəd etmir.



İnanaq ki, bunu «Azersun Holdinq»də başa düşürlər və ölkə başçısının məlum çıxışından irəli gələn zəruri addımlar ən qısa vaxtda atılacaqdır.(unikal.org)


Teqlər:
Bu xəbər cəmi 1195 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR