Prezident Barak Obama ABŞ-ı dünyanın ən güclü ölkəsi adlandırıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Konqresə illik müraciətində səsləndirib. Obamanın sözlərinə görə, dünyanın heç bir ölkəsi Ştatların gücünə çata bilməz:
“Amerikanın iqtisadi tənəzzülü ilə bağlı bütün danışılanlar özündə boş, siyasi cəfəngiyyatı əks etdirir. Bura "Amerikanın düşmənləri güclənir, özü isə zəifləyir" kimi deyilən sözlər də daxildir. Amerika Birləşmiş Ştatları dünyanın ən güclü xalqıdır. Nöqtə! Heç bir ölkə bizə açıq hücum edə bilmir, çünki bilir ki, iflasa uğrayacaq”.