Türkiyə mediası dünən Sultanəhməd meydanında partlayış törədən Suriya əsilli canlı bombanın fotosunu yayıb.
“Qafqazinfo” xəbər verir ki, fotoları paylaşılan həmin şəxsin terroru törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Nabil Fadli olduğu ehtimal edilir.
İŞİD üzvü olan terrorçuya aid görüntülər 2016-cı ilin yanvarın 5-də çəkilib. Fadlinin qısa müddət əvvəl Türkiyə ərazisinə daxil olduğu bildirilir.