Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Radara düşənlər üçün yeni xəbər

Radara düşənlər üçün yeni xəbər


Mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyətə cəlb etmə müddətləri ilə bağlı maraqlı yeniliklər var. Bu yenilik daha çox yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aiddir. İki yenilik daha maraqlıdır.



“Yenimeydan.info” Avtosfer.az-a istinadən bildirir ki, birinci yenilik odur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cəlbetmə müddəti bir ilə qaldırılır. Hazırda bu müddət iki aydır. Yalnız icraatı dayandırmaq üçün əsaslar olduqda həmin müddət dayandırmadan sonra bir ilədək davam edə bilər. Yeni layihə isə hər bir halda cəlbetmə müddətini bir il müəyyən edir. Yəni yol hərəkəti qaydasını pozmuş sürücüyə, piyadaya və ya başqa hərəkət iştirakçısına cərimə və digər tənbehlər qayda pozuntusundan sonrakı bir il ərzində tətbiq oluna bilər.



İkinci yenilik isə daha maraqlıdır. Məcəllənin layihəsində qeyd olunur ki, sürücünün törətdiyi və xüsusi texniki vasitələrlə (kameralarla və ya radarla) qeydə alınmış qayda pozuntuları elektron protokolla rəsmiləşdirildikdən sonra həmin elektron protokol hər bir sürücünün elektron kabinetinə 1 aydan gec olmayaraq yerləşdirilməzsə, sürücü həmin qayda pozuntusuna görə məsuliyyətdən azad olunur. Başqa sözlə, sürücünün törətdiyi qayda pozuntuları cəmiyyətdə "MMX protokol" kimi tanınan elektron protokolla rəsmiləşdirilibsə, həmin protokol xətanın törədildiyi gündən bir ay müddətində sürücünün özünün, bankın, poçtun görə biləcəyi sistemdə yerləşdirilməlidir. Əks təqdirdə, yəni MMX protokol qayda pozuntusundam sonrakı bir ay müddətində "elektron kabinet"də yerləşdirilmədikdə həmin sürücü bu qayda pozuntusuna görə cərimə oluna bilməz.



Qanunvericiliyin belə yanaşması DYP-nin Mərkəzi İnformasiya Sisteminin tərtib etdiyi elektron protokolların aylarla, bəzən illərlə virtual aləmdə heç kəsin xəbəri olmadan dolaşmasının qarşını almağa yönəlib. Qanunvericiliyin tələbinə əsasən, xüsusi texniki vasitələrinin qeydə aldığı qayda pozuntusu real vaxt rejimində avtomatik olaraq elektron protokolla rəsmiləşdirilməlidir, daha sonra həmin protokol dərhal "ASAN ödəniş" sisteminə ötürülməli və sürücünün fərdi elektron kabinetinə yerləşdirilməlidir. Amma təcrübədən məlumdur ki, bu heç də həmişə belə edilmir. Bəzən sürücülər hətta bir neçə ildən sonra yolda saxlanıldıqda onlara məlum olur ki, barələrində elektron MMX protokol var. Bəzən də elektron protokol sürücüyə göndərilmiş olsa da, sürücü aylarla banka gedərək onu ödəyə bilmir. Çünki həmin protokol bankın və sürücünün özünün görə biləcəyi sistemə yerləşdirilmir. Belə vəziyyətlərin istisnası üçün yeni Məcəllədə konkret müddət müəyyən edilir.



Şübhəsiz ki, belə yanaşma qayda pozuntularının sənədləşməsi ilə bağlı işləri sürətləndirməyə və operativliyi artırmağa yönəlib.


Teqlər:
Bu xəbər cəmi 1190 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR