Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

3 milyard 973 milyon manat qənaət...

3 milyard 973 milyon manat qənaət...


İqtisadçı ekspert Vüqar Bayramov dollarla krediti olanlara Mərkəzi Bankın kompensasiya ödəməsini təklif edib.



“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, Azərbaycanda bütün valyuta növləri daxil olmaqla ümumi kredit portfelinin dəyəri 19 milyard 744 milyon manatdır: “Xarici valyutada olan kreditlərin cəmi isə 7 milyard 477 milyon dollardır. Bu isə o deməkdir ki, dollar ilə olan kreditlər ikinci devalvasiyadan öncə milli valyuta ifadəsində 7 milyard 851 milyon manat idisə, hal-hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manatadək yüksəlib. Deməli, sonuncu devalvasiyadan sonra vətəndaşlar və iş adamları əlavə olaraq banklara 3 milyard 813 milyon manat vəsait ödəməlidirlər”.



Onun sözlərinə görə, Mərkəzi Bank kompensasiya vermədiyi halda vətəndaşlar və biznes subyektləri daxil olmaqla kredit borcu olanların bu fərqi örtməsi mümkünsuz görünür: “Çünki söhbət heç də kiçik rəqəmdən getmir. Əmək haqqları manatla olan kredit götürənlərin bu öhdəliyi qaldırması elə də asan deyil. Bu isə o deməkdir ki, Mərkəzi Bank Qazaxıstanda olduğu kimi ən azı istehlak, yəni əhalinin götürdüyü kreditləri üzrə fərqi tam olaraq kompensasiya etməlidir. İkinci devalvasiyadan öncə banklarda olan əmanətlərin həcmi 7 milyard 89 milyon manat idi. Bunun isə cəmi 20 faizi yəni 1 milyard 417 milyon manati milli valyutada saxlanılırdı. Deməli, banklarda xarici valyuta ilə olan əmanətlərin məbləği təxminən 5 milyard 401 milyon dollar idi. Qeyd oluna bilər ki, xarici valyutada saxlanılan əmanətlərin də manat ifadəsində artımlar olub. Amma etiraf etmək lazımdır ki, istehlak kreditləri götürən vətəndaşlarımızın çoxunun banklarda əmanətləri yoxdur və son devalvasiya sadəcə onların kredit borclarını manat ifadəsində artırıb”.



Dollar ilə olan kreditlərdəki fərqi kompensasiya etmək üçün mənbə olduğunu da nəzərə çatdıran V. Bayramov qeyd edib ki, Dövlət Neft Fondunun bu il üçün xərcləri 8 milyard 181 milyon manatdır: “Fondun gəlirləri dollar, xərcləmələri isə manatladır. Əgər ikinci devalvasiya olmasaydı, o zaman fond 7 milyard 791 milyon dollar bazarda satıb büdcə öhdəliklərini yerinə yetirməli idi. Hal-hazırda isə fond cəmi 5 milyard 244 milyon dollar xərcləməli olacaq. Deməli, ikinci devalvasiyadan sonra Nef Fondu 2 milyard 547 milyon dollara qənaət etmiş olacaq. Bu isə Mərkəzi Bankın rəsmi məzənnəsi isə 3 milyard 973 milyon manat qənaət deməkdir. Bu qənaət isə imkan verir ki, vətəndaşların dollar olan istehlak kreditləri üzrə fərqi kompensasiya etmək mümkün olsun. Bu baxımdan, problemli kreditlərin həcminin artmaması, bank sektorunun son devalvasiyadan ciddi zərərlə çıxmaması və ən əsası əhalinin ödəmə qabiliyyətinin zəifləməməsi üçün Mərkəzi Bankın kompensasiya ödəməsi olduqca vacibdir. Kompensasiya ilə manatın sonuncu dəyərsizləşməsinin neqativ təsirlərini ciddi şəkildə aradan qaldırmaq olar”.


Teqlər:
Bu xəbər cəmi 815 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR