“Region-xeber.info” xəbər verir ki, Biləsuvar komissarlığında hərbi bilet satışı: Osmanovsa “hinduşka” qovalayır.
Respublika hərbi komissarlıqlarında olan ciddi nöqsanlar o həddə çatmışdı ki, həmin qurumun general olan rəhbəri ölkədən qaçmaq yolunu seçmişdi ki, heç bu da baş tutmadı.
İllərdən bəri hökm sürən korrupsiyanın kökünün kəsilməsindən ötrü bu sahənin yeni modeli hazırlanaraq təsdiq olundu. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Quruma rəis Arzu Rəhimovun təyinat almasından sonra əvvəlcə “köhnə qvardiya”nın təmizlənmə prosesi aparıldı. İnsafən desək çox ciddi irəliləyişlərin şahidi olduq. Daha vətəndaşlar övladlarının həqiqi hərbi xidmətə yararlı olmadığı halda yararlılardan rüşvət almaqla əvəzinə xəstə övladlarının soyuq kazarmalarda hərbi xidmət keçmələrinin şahidi olmadı. Daha əvvəlcədən hansı hərbi hissəyə göndərilməklə bağlı işbazların rüşvət məzənnəsi ilə üzləşmədik. Bir çox ciddi islahatlar aparan general-leytenant Arzu Rəhimovun rəhbərliyi altında bu gün adıçəkilən sahədə müsbət fəaliyyətin çahidiyik. Ancaq bəzi köhnə kadrların, yəni Əliağa Hüseyinov dövründən qalmış keçmiş komissarların ürək açmayan fəaliyyətləri barədə də məlumatlar alırıq. Keçək mətləbə Ağdam rayonunda hərbi komissar işləmiş, hazırda Biləsuvar rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi olan Namiq Osmanovun “yararsız əməliyyatları”barədə məlumat aldıq. Artıq bu istiqamətdə araşdırmalar apardığımız üçün konkret faktlarla növbəti yazılarımızda geniş məlumatlar verəcəyik. Və Osmanovun sərxoş vəziyyətdə Ağdam rayonunda işləyərkən “Şahvəlilər”dəki restoranda bir xanımın da iştirak etdiyi kef məclisində qaçış məharətindən və “hinduşka qovalaması” olayından, bu maraqlı görüntüləri həvəskar çəkilişinə necə düşməsindən, həmin içki məclisinin Bərdə şəhərindəki mehmanxanada davam edən sərgüzəştlərdən geniş şəkildə bəhs edəcəyik. Bizi izləyin
Mənbə: liderinfo.az