Fevralda mənzil bazarında ciddi dəyişikliklər baş verəcək. Belə ki, mənzil və ya obyektlərin dollarla satışa çıxarılacağı gözlənilir.
Virtualaz.org xəbər verir ki, bunu Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirib.
R.Osmanlının sözlərinə görə, manatın ikinci devalvasiyasından dərhal sonra qiymətlər artırılıb. Lakin bahalaşma cəmi bir neçə gün davam edib:
“Hazırda mənzil bazarında durğunluq yaranıb. Hətta dəyərindən aşağı qiymətlə təklif edilən mənzillər belə satılmır.
Aparılan müşahidələrə görə, gələn aydan mənzil bazarında ciddi dəyişikliklər olacaq. Əhalinin manata etibarı azaldığı üçün 2007-2008-ci ildə olduğu kimi mənzillər dollarla təklif olunacaq”.
Mərkəz rəhbəri deyir ki, yalnız yenitikililərdə cüzi qiymət artımı müşahidə edilir. Köhnə tikililərdə isə mənzillər bahalaşdırılmayıb:
“Məsələn, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında köhnə tikilidə 2 otaqlı mənzillər 80-85 min manata təklif edilir. Lakin yenitikililərdə hər kvadratmetrə görə qiymətlər 100-150 manat arasında artırılıb. Metronun “Nərimanov” stansiyasının ətrafında 3 otaqlı mənzillərin qiyməti 110-115 min manatadır. Metronun “Əhmədli” stansiyasının yaxınlığında 3 otaqlı 80-85 min manata təklif edilir”.
Ekspert söyləyir ki, ötən ilin əvvəlinə nisbətən qiymətlər ucuz olsa da alqı-satqı yoxdur. Son bir neçə ildə mənzil bazarında indiki kimi durğunluq müşahidə edilməyib. Hələlik alıcılar gözləmə mövqeyindədirlər.
Qeyd edək ki, hazırda yenitikililərdə mənzilin 1 kvadratmetri üzrə qiymətlər belədir:
A.Sultаnоvа hеyкəlinin ətrafında 1740, Аtаtürк prоspекtində 1866, “Аzdrаmа”nın ətrafında 2083, Аzərbаycаn prоspекtində 2406, Аzаdlıq prоspекtində 1693, Bаbəк prоspекtində 1610, Bаdаmdаr qəsəbəsində 1583, D.Əliyеvа кüçəsində 1953, metronun “Əhmədli” stansiyasının yaxınlığında 1525, Əhmədli qəsəbəsində isə 1315 manat.