AZAL Azərbaycanın dövlət büdcəsinə və Azərbaycan vətəndaşlarına ciddi ziyan vuran təşkilatlardan biridir.
2013 – 2015 - ci illərdə Azərbaycanın dövlət büdcəsindən AZAL- a aid olan 1, 5 milyard AZN borc ödənilib. Bunun əvəzində isə Cahangir Əsgərovun ailəsinə məxsus Şirkətlər Qrupuna aid varidat artmaqda davam edir. Bəs bu necə baş verir? Təbii ki oğurluqla. Cahangir Əsgərov oğrudur və hər gün dövlət büdcəsindən oğurluq etməkdə davam edir. Onun gündəlik oğurluq etdiyi ən kiçik sahə haqqında məlumat vermək istəyirəm.
Bildiyiniz kimi Silk Way Holding rəsmi olaraq Cahangirin tərəfindən himayə olunan - onun ailəsinə məxsus şirkətlər qrupudur. Onun tərkibinə Silk Way Bank da daxildir. Həmin Bankın Heydər Əliyev adına Beynəlxalq hava limanının ərazisində yerləşən 2 saylı filialı fəaliyyət göstərir. Aeroportda olan qanunsuz pul dövriyyəsini pərdələmək üçün o filialdan faydalanırlar. Aeroportun ərazisində 15 parkomat yerləşir. Parkomantlar gündə uç dəfə inkassasiya edilir. Yığılan pullar Aeroportda inkassasiya otağında çeşidlənir və seyfə yığılırdı. Hər səhər növbə dəyişilən zaman kassalardan toplanan pulların günlük hesabatı çıxardılır və dəstələnən pullar bankın filialına «təhvil» verilir. Lakin həmin pullar heç zaman mədaxil edilmir və bir başa Cahangirin ailəsinə çatdırılır. Bu isə orta hesabla hər gün 10 000 – 12 000 manat deməkdir. Pullar necə mənimsənilir? 2013-cü ilin oktyabr ayında köhnə park aparatları Rusiyadan gətirilmiş 24 ədəd yeni parkomatlarla əvəz olunub. Həmin parkomatlara “Mercury” tipli xüsusi hazırlanmış kassa-nəzarət aparatları da quraşdırıldı. Kassalara Rusiyada sifariş olunmuş əməliyyat proqramı yüklənilib. Bu kassalar da əvvəlkilər kimi 2014-cü ilin may ayına kimi qeyri fiskal rejimdə (VÖEN-siz) çalışdı. 2014-cü ilin may ayında “Mercury” şirkətinin Bakı filialında çalışan nümayəndəsi tərəfindən kassa-nəzarət aparatları guya ki dövlət qeydiyyatına salınaraq fiskalizasiya edildi və “plomblar” vuruldu. Lakin bunlar hamısı göründü üçün idi. Çünki, 2014-cü ildə “fiskal rejimə keçirilən” kassalar əslində bu günə kimi dövlət qeydiyyatından keçməyib. Aeroport ərazisində parkomantlara etdiyimiz ödənişlər Aeroportun baş oğrusunun ailə büdcəsinə axır. Belə bir sistem digər dövlət orqanlarında da mövcuddur.
Əlövsət Əliyev, hüquq müdafiəçisi