Ötən gün axşam saatlarından etibarən başlayan güclü külək Lerikdə bir sıra fəsadlara səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-ya verdiyi məlumata görə, güclü külək əsasəsən rayonun ekelektrik təsərrüfatını iflic vəziyyətə salıb.
Belə ki, rayon ərazisində 100-dən çox elektrik dirəyi aşıb, nəticədə min metrlərlə naqil sıradan çıxıb. Ümumilikdə, rayonun 150-dək yaşayış məntəqəsi işıqsız qalıb.
Rayonun müvafiq qurumları təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə səfərbər olunublar. H. Məklikovun sözlərinə görə, günün sonunadək rayonun 70%-də elektrik enerjisinin verilişi bərpa olunacaq.