Məşhur fransalı kəndirbaz və ekstremal Tankred Mele 30 metrlik hündürlükdən yıxılaraq ölüb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Flying Frenchies akrobatik qrupun facebook səhifəsində məlumat yayılıb.
Yanvar ayının 5-də 32 yaşlı Mele populyar tryukun nümayişinə hazırlaşırdı, o, bir hava şarından o birisinə keçməli idi. Le Mondenin verdiyi məlumata görə, kişi birdən-birə havaya uçan aerostatdan tutmuşdu.
İdmançının həmkarlarının və dostlarının sözlərinə görə, o özündən sonra unudulmaz xatirələr qoyub, azadlıq və xəyal etmə imkanı bəxş edib. Mele və Tifaninin Leoni adlı qızları var idi.
Dostları onun həyatı çox sevdiyini və bu dünyadan çox tez getdiyini bildiriblər.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.