Gəncədə sərnişinlərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ans press-ə verilən məlumata görə, şəhərin Zülfü Hacıyev küçəsində 6 saylı marşrut xətti üzrə hərəkət edən “Hyundai” markalı sərnişin avtobusu hərəkətdə olarkən yolun kənarında dayanmış “Mercedes” markalı minik avtomobilinə çırpılıb.
Zərbənin təsirindən “Mercedes” yaxınlığında dayandığı yaşayış evinin hasarına dəyib. Qəza nəticəsində mikroavtobusda olan şərnişinlərdən bir neçəsi xəsarət alıb. Onlar xəstəxanaya aparılıb və ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Lakin müxtəlif dərəcəli bədən xəsarətləri alan 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Sevinc Əliyeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.