Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mərkəzi Bank dollara niyə limit qoydu? - Şərh

Mərkəzi Bank dollara niyə limit qoydu? - Şərh


Mərkəzi Bankın dekabrın 21-də vermiş olduğu “üzən məzənnə” qərarından sonra bank inzibati yollarla prosesi tənzimləməyə çalışır. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan manatının məzənnəsi o tarixdən etibarən artıq Mərkəzi Bank tərəfindən deyil, valyuta bazarlarında tələb və təklif əsasında formalaşır. Məhz buna görə də biz hər gün manatın məzənnəsində enmələrin şahidi oluruq.



Mərkəzi Bankın isə prosesi tənzimləmək üçün ilk olaraq ölkədə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrini bağlayacağı ilə bağlı xəbərlər yayıldı. Buna səbəb valyutadəyişmə məntəqlərinin işçilərinin fəaliyyəti sayəsində əhali arasında panikanın yayılmasıdır və bununla da bankın məqsədi “qara bazar” a nəzarət mexanizminin gücləndirməkdir.



Bundan sonra dolların alış və satışını banklarda və onların müvafiq filiallarında həyata keçiriləcəyi bildirilir. 

Dünəndən etibarən isə Mərkəzi Bankın banklara dollar satışını dayandırması ictimaiyyəti narahat etməyə başlayıb. Görünür, bu qərarla MB vətəndaşların əlində olan valyutaları satmağa sövq edir. Bu səbəbdən bir sıra banklar vətəndaşlara dollar satmırlar.



Bu gün isə Mərkəzi Bank artıq 500 dollardan çox məbləğin alışı zamanı vətəndaşlardan şəxsiyyət vəsiqəsinin tələb ediləcəyi ilə bağlı qərarını açıqlayıb. Belə ki, əvvəllər vətəndaşlardan 5000 ABŞ dolları həcmində pulun alışı zamanı şəxsiyyət vəsiqəsi tələb olunurdusa, indi bu rəqəm 500 dollara düşüb.



Hazırda Mərkəzi Bankın bu cür qərarlarla bazara nəzarət etməsinin nə dərəcədə effekt verəcəyi isə bir sıra suallar doğurur.



“Qafqazinfo” əhalinin manatın taleyinin necə olacağını düşündüyü bir məqamda yuxarıda qeyd edilən qərarların əhəmiyyətli olub olmadığını araşdırıb.



“Mərkəzi Bank hazırda vəziyyəti nəzarət altında saxlaya bilmir”



Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov hazırda yaranmış situasiyanın mürəkkəb olduğunu deyib: “ Mərkəzi Bank vəziyyəti idarə etmək üçün müxtəlif çıxış yolları axtarır. Bütün bunlar əslində MB-nin gecikmiş addımlarının nəticəsidir. Manatın yumşaq məzənnə siyasəti vasitəsilə məzənnəsinin aşağı salınması vaxtında həyata keçirilsəydi, hazırkı panika yaranmayacaqdı. Eyni zamanda MB-nin də bazarlara müdaxilə ümidi bu qədər məhdudlaşmayacaqdı. MB mövcud olan minumum ehtiyatlarını qorumaq məqsədilə qara bazarda panikanın formalaşmasının qarşısını almağa çalışır. Və bu məqsədlə atılan addımlar düşünürəm ki, bayram günlərində müəyyən qədər effekt verdi.



Halbuki bir çox hallarda vətəndaşlar düşünürdülər ki, bayram günlərində 1 dollar 2 manata qədər yüksələ bilər. Lakin bu baş vermədi. Görünür, Mərkəzi Bank hazırda vəziyyəti nəzarət altında saxlaya bilmir”.



“Neftin ucuzlaşması ölkəyə daxil olunan valyutanın həcmini kəskin şəkildə azaldacaq”



Onun sözlərinə görə, Mərkəzi Bankın xüsusilə bayramdan əvvəlki dövrdə hər banka 10 milyon dollar təklif edəcəyi və bunu konvertasiya məqsədilə istifadə olunacağını açıqlamasını stabillik yaratmışdı:



“Yanvarın 6-sı üçün faktiki olaraq hərracların keçirilməməsi stabilliyi yenidən pozdu. Buna görə də günün ikinci yarısında manat demək olar ki, valyutadəyişmə məntəqələrində, o cümlədən banklarda dəyərini itirdi. Düşünürəm ki, hazırkı situasiyanı çətinləşdirən digər məqam da dünya bazarlarında neftin qiymətinin sürətlə düşməsidir. Hazırda neft 34 dollara qədər ucuzlaşıb ki, bu da proqnozlara görə, neftin qiymətinin 30 dollara qədər ucuzlaşacağını göstərir. Bu isə ölkəyə daxil olan valyutanın həcminin kəskin şəkildə azalmasına gətirib çıxaracaq.



Hesab edirəm ki, hazırda qısamüddətli dövr üçün vəziyyətə bu kimi addımlarla nəzarət etmək bəlkə də mümkün olacaq. Bununla manatın müəyyən qədər sürətli dəyər itirməsinin qarşısı alınacaq. Mərkəzi Bank orta və uzunmüddətli dövrdə isə faktiki olaraq özünü funksiyassız vəziyyətə gətirib çıxaracaq”.



“Bankların valyutadəyişmə məntəqələrini dollarla təmin etmək imkanları məhdudlaşıb”



Valyutadəyişmə məntəqələrinin sayının azalacağına gəlincə isə ekspert əlavə edib ki, əvvəlki dövrlərdə valyutadəyişmə məntəqələri bankların lisenziyası ilə fəaliyyət göstərirdi və banklar da valyutadəyişmə məntəqələrini dollarla təmin edirdi:



“Hazırda isə bankların bu valyutadəyişmə məntəqələrini dollarla təmin etmək imkanları məhdudlaşıb. Faktiki olaraq bu kimi istiqamətdə fəaliyyət göstərənlərin Mərkəzi Bank məzənnəsi ilə verilən dollara çıxışı mümkün deyil. Məhz bu səbəbdən də müşahidə edirik ki, valyutadəyişmə məntəqələri daha çox vətəndaşların əlində olan valyutalara çıxış əldə etmək istəyir. Buna görə də yanvarın 6-da günün ikinci yarısında valyutadəyişmə məntəqələrinin dolların alışı üzrə müəyyənləşdirdiyi məzənnə 1.68-ə qədər yüksəlmişdi. Halbuki Mərkəzi Bank bunu 1.56 olaraq müəyyənləşdirmişdi. Bu o deməkdir ki, artıq Mərkəzi Bankın dövriyyəyə buraxdığı dollara çıxış imkanı olmadığı üçün valyutadəyişmə mənətəqələri məcburdur ki, alışın məzənnəsini yuxarı çəkməklə vətəndaşları valyuta satışına sövq etsinlər.



Bununla da vətəndaşlardan alınan valyuta satışı ilə öz dövriyyələrini müəyyənləşdirsinlər.

Bu proses Neft Fondunun bazarlara çıxmasını gününə qədər nisbətən dərinləşəcək. Yanvarın 15- dən sonra Neft Fondu hansısa formada bazarlara valyuta konvertasiyası həyata keçirirərsə, sabitlik yarana bilər”.



R. Həsənov vurğulayıb ki, bundan əvvəl vətəndaşlar kütləvi şəkildə dollar aldılar və sonrakı dövrdə valyutanın xərclənməsi həyata keçirilərkən bu pulların konvertasiya olunması məcburi idi: “Lakin bunun dövriliyi valyutadəyişmə məntəqələrində kifayət qədər aşağıdır. Çünki valyutadəyişmə məntəqələrinin digər bazarlara çıxış imkanı olmadıqda vətəndaşların konvertasiya etdiyi valyuta hesabına dövriyyə çox aşağı düşür. Bu isə bir çox hallarda valyuta istəyən digər vətəndaşa yox cavabı verilməsinə gətirib çıxarır ki, bu da ictimaiyyət arasında panika yaranmasına gətirib çıxarır”.



“Məqsədli şəkildə manatın ucuzlaşdırılması prosesi gedir”



İqtisadçı ekspert Samir Əliyev də ötən gün Mərkəzi Bankın dollar satışını dayandırmasına sosial şəbəkədə reaksiya verib. O qeyd edib ki, Mərkəzi Bank hər gün dollar satışı həyata keçirir, ancaq bu satış bazarın ehtiyacını ödəmək qabiliyyətində deyil: “Valyuta bazarının ikinci ən böyük donoru olan Neft Fondu isə yeni ildə hələki dollar satışı etməyib. Fond dövlət büdcəsinə bu il ümumilikdə 6 milyard manat və ya indiki məzənnə ilə təxminən 3,9 milyard dollar transfer edəcək. Məzənnədə dəyişiklik olmasa, Neft Fondunun aylıq öhdəliyi 321 milyon dollar olacaq. Deməli, Fond hər ay bazara bu qədər dollar satacaq. Yəqin, yaxın günlərdə satış baş tutacaq. 

Ancaq hazırda ölkənin maliyyə bazarında baş verənləri izah etmək çox çətindir. Görünən odur ki, məqsədli şəkildə manatın ucuzlaşdırılması prosesi gedir. Bu ucuzlaşma təkcə neftin ucuzlaşması və kapital axını ilə bağlı deyil. Hərgah, bu iki amil kifayət qədər güclüdür və uzun müddət manatı təzyiq altında saxlayacaq”.



“Dolların bahalaşdığı bir şəraitdə bir anlığa manatın qısamüddətli bahalaşması baş verə bilər”



Ekspert artıq son günlər üçüncü amilin, yəni spekulyasiyanın proseslərə diqtə etməyə başladığını nəzərə çatdırıb:



“Üzən məzənnə rejimində, hətta idarə olunan olsa belə, spekulyasiya imkanları genişlənir. Hazırda spekulyasiyanın qiymətlərə təsiri artıb. Spekulyasiya daim məzənnə sabitliyini pozur, məzənnə oynaması kəskin olur. Yəni dolların bahalaşdığı bir şəraitdə bir anlığa manatın qısamüddətli bahalaşması baş verə bilər. Belə halın baş verməsi tam mümkündür. İndiki vəziyyətdə hökumətin kənardan seyirçi mövqedə durması başa düşülən deyil.



Mərkəzi Bank ötən gün satış həyata keçirtməyib və bunun təkrar olunmamasına zəmanət yoxdur. Həm Mərkəzi Bank, həm də Neft Fondu öz ehtiyatlarını qorumaq niyyətindədir. Neft isə ucuzlaşmaqda davam edir. Devalvasiya hesabına neft dollarları yüksək nominallı manat gəlirlərinə çevrilir. Qiymət artımı hesabına dövriyyə artır və paralel olaraq vergi daxilolmaları da artır. Büdcənin icrasının yükü əhalinin üstünə atılıb.



Hər bir halda belə vəziyyət yaxşı heç nə vəd etmir. Bu gün əsas sual üçüncü devalvasiyanın olub-olmaması deyil. Manatın hansı həddə qədər ucuzlaşması narahatlıq yaradır. Belə getsə dəyişiklik vergüldən əvvəlki rəqəmdə baş verə bilər. Üzən məzənnədə devalvasiya hadisə sayılmır. Çünki proses hər gün gedir. Deməli, üçüncü devalvasiya qorxusu da olmamalıdır. Hökumət özündən asılı olan (kapital axını) və asıl olmayan (neftin ucuzlaşması) problemləri həll edə bilmirsə, heç olmazsa spekulyasiyanın qarşısını alsın. Qara bazarın yaradılması ölkənin maliyyə sistemini təhlükə altına ala bilər. Ölkədə dollara tələbat çoxdur. Mərkəzi Bankın isə hələ ki, bankların tələbatını qarşılamaq niyyətində olmadığı görünür”.


Teqlər:
Bu xəbər cəmi 545 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR