Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İctimai Palatadan Lənkəran bəyanatı

İctimai Palatadan Lənkəran bəyanatı
İctimai Palata Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkəran səfərinə yaradılan problemlərlə bağlı bəyanat yayıb. “Qafqazinfo” həmin bəyanatı təqdim edir:


“Yanvarın 27-də Müsavat Partiyasının Başqanı İsa Qəmbər partiya rəhbərliyinin, fəallarının, ziyalıların və jurnalistlərin müşayiəti ilə partiyanın Lənkəran Şəhər Təşkilatının yaranmasının 20 illik yubileyində iştirak etmək üçün Lənkərana gedib. Hakimiyyət bu səfəri əngəlləmək üçün yerli müsavatçılara təzyiqlər göstərib, Lənkəran şəhərinin yolları təmir bəhanəsiylə qazılaraq bağlanıb, Müsavat Başqanına qarşı təxribat törətmək üçün xüsusi öyrədilmiş qruplar təşkil olunub.



Yol boyu İsa Qəmbəri müşayiət edən maşın karvanı izlənilib və polis postlarında yoxlanılmaq bəhanəsi ilə saxlanılıb. Cəlilabad rayonunun Göytəpə polis postunda isə uzun yoxlamadan sonra İsa Qəmbərin maşını Lənkəran istiqamətinə buraxılsa da, heç bir qanuni əsas göstərilmədən onu müşayiət edən şəxslərin yollarına davam etmələrinə icazə verilməyib. Polis eyni zamanda Lənkəranda İsa Qəmbəri qarşılamağa hazırlaşan, görüşün təşkili və təhlükəsizliyini təmin edəcək müsavatçıları və demokratik qüvvələrin təmsilçilərini həbs etmişdir. Hakimiyyətin bu gedişləri partiya başqanını müdafiəsiz qoyaraq onu əvvəlcədən təşkil etdikləri təxribatçı qrupların hədəfinə çevirməyə hesablanıb.



Hər şeydən göründüyü kimi əgər iqtidar İsa Qəmbərin Lənkəran səfərinin qarşısını almaq üçün 13 yanvarda əhalinin müxtəlif qruplarının adından istifadə etmişdisə, bu dəfə - 27 yanvarda səfərini qarşısını rəsmi dövlət strukturlarının, ilk növbədə polis qüvvələrinin alması ilə əsl simasını – demokratik qüvvələrin, real müxalifətin xalqla, vətəndaşlarla təmasına yol verməmək niyyətini etiraf etmiş oldu.



İctimai Palatanın Koordinasiya Şurası İsa Qəmbərin rəhbərlik etdiyi partiyanın məclisi tərəfindən prezidentliyə namizədliyi irəli sürəndən sonra artıq ona qarşı ardıcıl olaraq törədilən bu cür iyrənc təxribat hərəkətlərini qətiyyətlə pisləyir və bəyan edir ki, hakimiyyət ölkədə insanların sərbəst şəkildə hərəkət etməsi kimi ən adi konstitusiya hüquqlarını da tapdalayır. İctimai Palata bildirir ki, bu hadisələrdə polisin birbaşa iştirakı onların hakimiyyət tərəfindən törədildiyini sübut edir.



İctimai Palata hakimiyyəti öz siyasi opponentlərinə qarşı belə ucuz mübarizə üsullarından çəkinməyə çağırır və bəyan edir ki, bu cür təxribatlar və qeyri-qanuni əməllərlə ölkədə demokratik dəyişikliklər uğrunda gündən-günə genişlənən ümumxalq hərəkatının qarşısını almağa cəhd göstərmək heç bir səmərə verməyəcək, ölkədə demokratik və azad vətəndaş cəmiyyətinin qurulmasının qarşısına sipər çəkmək mümkün olmayacaq”.


Teqlər:
Bu xəbər cəmi 1790 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR