Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Böhran jurnalistləri də yaxaladı

Böhran jurnalistləri də yaxaladı


   İxtisarlar olarsa, onlardan kim hansı peşə ilə məşğul olacaq? - maraqlı cavablar var...



 



Manatın devalvasiyası jurnalistləri də “vurmağa” başlayıb. Artıq maddi problemlər üzündən yazılı mətbuatda, televiziya və xəbər saytlarında ixtisarlara başlandığı haqda məlumatlar yayılmaqdadır. Bundan əlavə, ekspertlər bəzi mətbuat orqanlarının bağlanacağını da istisna eləmirlər.


 


Adətən jurnalistlərin alternativ peşəsi olmur. Bu üzdən jurnalistlər ixtisar olunacaqları təqdirdə ciddi çətinliklərlə üzləşirlər. Məsələnin aktuallığını nəzərə alıb həmkarlarımız arasında belə bir sualla mini-sorğu keçirdik: böhran dövründə ixtisar olarsa, hansı peşə ilə məşğul olmaq variantınız var?


 


Haqqın.az saytının redaktoru Zaur Rəsulzadə bizneslə məşğul ola biləcəyini dedi: “Mən tarixçiyəm və təkcə Azərbaycan KiV-lərinə yazmıram. Bir şey olsa hamı necə, mən də elə. Yəqin ki, biznesə qoşularam”.


 


Siyasi şərhçi, tanınmış jurnalist Azər Rəşidoğlu peşəkar jurnalistlərə hər zaman ehtiyac olduğunu bildirib: “Birincisi, ruzini verən Allahdır. İqtisadi böhran bəzilərində belə təsəvvür yaradır ki, onlar kiməsə ruzi verirlər. Allah hər bəndəsinin ruzisini müəyyən edir, insandan ancaq çalışmaq və bu ruzini reallaşdırmaq tələb olunur. Həzrət Əli (ə) deyir ki, ”Ruzi var, sən onu axtararsan, ruzi var, o, səni axtarıb tapar". Bu baxımdan, nə ixtisardan qorxmaq lazımdır, nə də “kiçik padşah”lardan. Xüsusən də jurnalistlər pula görə kiminsə qarşısında əyilməməlidirlər. Peşəkar jurnalistə həmişə ehtiyac var. Mənim qələmim var və onu heç kəs əlimdən ala bilməz. Bu gün elə mərhələdir ki, istedadsız insanlar at oynadır və istedadlı insanların taleyi sanki onlardan asılıdır. Lakin bu  belə deyil. Allahın izni ilə, hər kəs özünə iş tapa bilir və bəzən çıxdığı işdən daha yaxşısını tapır. Bu, bir imtahandır və hər kəs elədiyinin, insanları çörəklə imtahana çəkdiyinin bədəlini ödəyir. Bu dünyada ödəməsə də, axirətdə ödəyir, bu dünyada özü ödəməsə də, övladı ödəyir. Etdim, buldum dünyasıdır. Odur ki, insanlar heç nədən çəkinməməli və haqlı olduqları müddətdə sözlərini deməli və qalan məsələdə təvəkkül etməlidirlər".


 


Musavat.com-un reportyor müxbiri Məhəmməd Türkmən də bu barədə heç vaxt düşünmədiyini bildirdi: “Çünki işim mənim həyatımın 90 faizini təşkil edir. Bəzən hətta 100 faizini.  Jurnalist üçün iş yeri ancaq media orqanıdır. Bir iş yerindən çıxmaq, həyatın sonu anlamına gəlmir. Başqa yerdə də çalışa bilər. Əgər söhbət tamamən mediadan uzaqlaşmaqdan gedirsə, mənim sahəm elədir ki, yazmasam da, qazana bilərəm. Ancaq foto çəkərəm. Foto mənim üçün vazkeçilməz bir şeydir. Toy, ad günü, nişan tədbirləri, fotosessiyalar.. . Lakin bu, hər kəs üçün keçərli deyil. Fotojurnalist olmayanlar üçün alternativ iş tapmaq çətin olur. Düşünün ki, bazarda meyvə satırsınız. Bir neçə ay sonra paltar, ayaqqabı, tərəvəz də sata bilərsiniz. Çünki işiniz satmaqdır. Jurnalistin işi isə ancaq yazmaqdır. O, meyvə satmağı bacarmır. Söhbət əsl jurnalistlərdən gedir - peşəsini sevən, bu sahəyə hörmət edənlərdən... Jurnalistikaya pul qazanmaq vasitəsi kimi baxanlar üçün isə işin fərqi yoxdur, təki pul olsun”.


 


“Yeni Müsavat” qəzetinin müxbiri Əli Rais də həmkarı ilə eyni fikri bölüşüb: “Bu barədə düşünmədiyim üçün hər hansı işlə məşğul olmağı da planlaşdırmamışam”.


 


ANS televiziyasının xəbər müxbiri İlkin Həsənov isə bizə alternativ peşəsini açıqladı: “Bu cür vəziyyətdə əvvəlki iş sahəm üzrə davam edərəm - yəni marketinq üzrə menecer”.


 


Lent.az saytının jurnalisti Ləman Mustafaqızı sualı gözlənilməz qarşıladı: “Bu suala qədər heç bu haqda düşünməmişdim. Bircə onu deyə bilərəm ki, nəçi olaramsa olum, işimi vicdanla yerinə yetirərəm”.


 


Jurnalist İntiqam Valehoğlunun isə cavabı belə oldu: “Maraqlı və düşündürücü sualdır. İxtisasca jurnalist olduğuma görə başqa peşədən dolanmaq ehtimalım da aşağıdır. İki çıxış yolum ola bilər- biri fəhlə işləmək, digəri taksi sürücülüyü. Mövcud variantlar bunlardır. Şəhərin yollarını yetərincə tanımadığım üçün ən optimal variant fəhləlikdir”.


 


Axar.az-ın əməkdaşı, şair Faiq Balabəyli jurnalistikadan ixtisara düşərsə, açıq dənizdə işləyən gəmilərin birinə rəhbərlik edəcəyini deyib: “Mən işsiz qalmayacağımı dəqiq bilirəm. İxtisasca həm də gəmi üzrə naviqasiya mühəndisiyəm. Bu ixtisasa gəmi sürücüsü - şturman da deyirlər. Uzun müddət gəmidə işləmişəm. Gəmi kapitanıyam. Hazırda da jurnalistika ilə məşğul olmaqla bərabər Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi QSC-nin gəmilərindən birində ixtisasıma uyğun məsul vəzifəmi davam etdirirəm. O ki qaldı jurnalistikadan ixtisara düşmək məsələsinə, düşünürəm ki, bu baş versə, mən açıq dənizdə işləyən gəmilərdən birinə rəhbərlik edəcəyəm və yüksək maaş alacağam. Hələlik istismara buraxılmayan, amma tam hazır, işlək bir vəziyyətdə olan gəmidəyəm və tapşırıq gözləyirik. Bundan əlavə də mənim özümün sahibi olduğum mətbuat orqanı və eyni zamanda xəbər portalım var. 3 ildən çoxdur müvəqqəti olaraq dərcini və yayımını saxlamışam”.


 


Teleqraf.com saytının jurnalisti Nərmin Muradova jurnalistikadan uzaqlaşarsa piar menecer, layihə koordinatoru işləyə biləcəyini dedi: “Bundan əlavə, yarımçıq qalmış ssenarilərim var ki, onları tamamlayaram”.


 


Jurnal əməkdaşı Günel Həsənova jurnalistlərin əksəriyyətinin ixtisas üzrə işləmədiklərini söylədi: “Yəqin ki, çalışacaqlar ki, hər kəs öz peşəsinin dalınca getsin. Bu cür vəziyyətdə yəqin ki, tək repetitorluq edə bilərəm, çünki ilk  təhsilim filalogiya üzrədir, yəni rus dili müəlliməsiyəm”.


 


Teqlər:
Bu xəbər cəmi 1260 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR