Son günlər Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri barədə redaksiyamıza maraqlı məlumatlar daxil olmaqdadır. Məlumatları tam olaraq təhlil etdikdən sonra cəmiyyət üçün daha ciddi olanları hissə-hissə təqdim edəcəyik. Növbəti yazımız isə DSMF Saatlı rayon şöbəsi haqqındadır
İlk öncə nəzərinizə çatdıraq ki, DSMF adlı qurum heç də rayon sakinləri tərəfindən bir mənalı qarşılanmır. Belə ki, qurum rəhbərləri rüşvət toplamaqla iş fəaliyyətlərini davam etdirir.Əldə etdiyimiz məlumatlara görə Saatlı DSMF sədri Hafis Miriyev rayonda rəhbər olduğu dövlət müəssisəsində bazar açıb. Rayonda bazarkom kimi ad qazanan H. Miriyev öz adamlarını DSMF-yə transfer edərək rüşvəti onların vasitəsi ilə əldə edir.
Bu barədə 7News.az-a məlumat verən mənbə bildirir ki, artıq Hafis Miriyevin korrupsiya əməlləri ilə Saatlı rayonunda vətəndaşların əsəblərini tarıma çəkir. Onun barəsində rayon rəhbərliyinə şikayət olunsa bu günə kimi heç bir tədbir görülməyib. Rayon sakinləri iddia edirlər ki, yaşı ötmüş vətəndaşlar pensiyaya çıxmaq üçün mütləq Hafis Miriyevə rüşvət verməlidir. Və ya qanunda nəzərdə tutulmuş qaydada yəni, uzun müddət işləyən vətəndaşlar işinin ağırlığına görə daha tez pensiyaya çıxmaq hüququna malikdir. Lakin bu istiqamətdə rayon sakinləri üçün ciddi problemlər yaradılır. Eyni zamanda Fərdi Uçotun təşkili sektorunun mümkün texniki imkanlarından “səmərləri istifadə” nəticəsində pensiyaçıların sayı durmadan artmaqdadır (Növbəti yazımızda bunu hansı formada etdikləri barədə yazacağıq)
Bir sözlə, DSMF əməkdaşları Hafis Miriyevin tədbiq etdiyi qanunlar əsasında fəaliyyət göstərir. Bütün qanunsuzluqlara imza atan DSMf sədir yalınız özünün şəxsi biznesini genişləndirir.Bu günlərdə saytımızın elektron ünvanına daxil olan şikayət məktubunda göstərilirdi ki, rayonda Hafis Miriyevin 70 hektardan artıq torpaq sahəsi var və həmən torpaq sahəsində heyvandarlıq təsərrüfatı mövcüddür. Bunlardan əlavə H. Miriyevin balıqçılıq vətəgələridə geniş formada inkişaf edir. Qaununda nəzərdə tutulub ki, məmurların bizneslə məşğuliyyəti qadağan edilsin.
Görünür, Saaatlı DSMF sədri Hafis Miriyev dövlətimizin qanunlarını saya almır.Dosye.org bildirir ki, Saatlı kimi əhmiyyətli bir rayonun sakinləri bu qanunsuzluqlara etiraz edir. Digər tərəfdən Hafis Miriyevə bildirmək istəyirik ki, topladığı rüşvət hesabına sahibkar fəaliyyətini genişləndirmək qadağandır. Ölkə başçısı da bütün çıxışlarında rüşvətxor məmurlara qarşı mübarizə aparaçağını və Hafis Miriyev kimlərin qanun çərçivəsində cəzalandırılacağını dönə-dönə vurğulayır. Lakin prezidentin iradlarından nümünə götürmək əvəzinə, heç nə olmamış kimi rayonda qara əməllərini davam etdirir.Saatlı DSMF sədri Hafis Miriyevin işdən azad olunduğu və sonradan xəbərin təkzib edildiyi bildirildi. Deyilənlərə görə sədr yamanca “tərləyib”. Bu və ya digər məlumatlar haqqında növbəti yazılarımızda biləcəksiniz. Yaxın günlərdə oxuyacaqsınız. Hafis Miriyev aldığı rüşvətin bir hissəsini DSMF rəhbərliyində kimə verdiyini açıq aşkar deyir?
DSMF-nin Saatlı şöbəsinin rəisini keçmiş MTN generalı Əlimusa Nağıyevə hansı tellər bağlayır?
Hafiz Miriyev müavini Səfər Rəhimovun əli ilə ayda nə qədər qazanır?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.