Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Buzlu yolda yıxılmaqdan qorunmaq - Üsulları

Buzlu yolda yıxılmaqdan qorunmaq - Üsulları


Bakıya və bölgələrə qışın ilk qarı yağdı. Bəzi rayonlara düşən qarın hündürlüyü 20-30 santimetrə qədər çatır. Havanın temperaturu bir qədər sıfırın üstünə çıxan kimi qar əriməyə və daha sonra donmağa başlayır. Belə günlərdə buzlu yolda yerimək çətinləşir, buzda yıxılaraq zədələnmək ehtimalı artır. Təsadüfi deyil ki, qarlı günlərdə məhz bu səbəbdən təcili yardıma müraciət edənlərin də saylı artır.



Bəs, qarın qalın olduğu yerlərdə və buzlu yolda necə hərəkət etmək lazımdır? Yıxılma, ayağın burxulması və sürüşmə zamanı necə davranmaq gərəkdir? Qırıq və çatlar olarsa ilk müdaxilə necə edilməlidir?



“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi məlumata görə, mütəxəssislərin bəzi məsləhətlərinə əməl etməklə bədbəxt hadisədən yan qaça bilərsiniz.



İlk növbədə yeriyərkən əllərin cibdə olmamasına diqqət göstərmək lazımdır. Çünki belə olduğu halda yıxılarkən nəyəsə tutunma imkanınızı itirmiş olacaqsınız, həmçinin tarazlığınızı təmin etmək də çətin olacaq. Bu səbəbdən hava nə qədər soyuq olarsa olsun, əlləri cibə salmaq olmaz.



Digər tərəfdən əlinizdə, torba və ya çanta kimi şeylər də daşımaqdan imtina edin. Bu həm tarazlığı təmin etmək, həm də düşərkən bədəninizi qorumaq üçün vacibdir. 

Geydiyiniz ayaqqabıların altı da sürüşkən olmamalıdır. Qarda, buzda getməyə yarayan, altları mismarlı olan rezin örtüklərdən də istifadə edilə bilər.



Qarlı havalarda enişə düşməkdən çəkinmək lazımdır. Yaşlıların qarlı havada təkbaşına bayıra çıxması da təhlükəlidir. Çünki yaşlıların sürüşmə, yıxılma ehtimalı çoxdur.

Yoxuşları və pilləkənləri çıxanda da diqqət etmək lazımdır. Əvvəlcə irəli baxaraq, yoldakı maneələri görmək, yolun buzlu hissəsini müəyyən edərək hərəkət etmək lazımdır.



Yıxıldıqdan sonra necə hərəkət etməliyik?



Yıxıldığınız zaman zərbə alan bədən üzvünə ağırlıq salmaq olmaz. Hərəkət etməyə çətinlik çəkirsinizsə təcili yardıma zəng edib, ətrafdakı şəxslərdən də kömək istəməyə bilərsiniz. Zədələnən bədən üzvünü yuxarı tutaraq şişməsini önləmək lazımdır. Mümkün olsa, buz qoyaraq şişməsinin qarşısını almaq lazımdır və dərhal yaxınlıqdakı xəstəxanaya getmək lazımdır.



Əgər qırıq varsa, mütləq peşəkar müdaxilə olmalıdır. Müvəqqəti olaraq karton və ya sarğı bezi ilə həmin hissəni stabil saxlamaq ağrını azaldar. Qırıq və ya çatı çöldən anlamaq çox çətindir. Ancaq həkim yoxlamasından sonra dəqiq bilmək olar. Üstünə basaraq yeriyə bilirsənsə, önəmli bir zədə yoxdur – fikri səhvdir. Çünki hər kəsin ağrı hissi fərqlidir. Bu şəxsə görə dəyişə bilər. Möhkəm yıxılmısınızsa, mütləq həkimə baş çəkin.



 



Buzlu yolda yıxılmaqdan qorunmaq -  Üsulları

Buzlu yolda yıxılmaqdan qorunmaq -  Üsulları


Teqlər:
Bu xəbər cəmi 1125 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR