Bir qədər əvvəl Xəzərin Türkmənistan sularında daha bir neftçinin meyiti tapılıb.
“Qafqazinfo” xəbər verir ki, baku.ws-in Türkmənistandan əldə etdiyi məlumata görə, tapılan cəsədin əlamətləri 40 yaşının olması, başının keçəl və bığının olmasıdır. Neftçinin SOCAR-ın geyimində olduğu bildirilir. Onun üzərindən sənədlər çıxıb. Meyit hazırda Türkmənistanın Kiyanlı qəsəbəsinə aparılır.
Qeyd edək ki, bir qədər əvvəl daha bir neftçinin meyiti Türkmənistan sularında tapılmışdı. Meyiti tapılan neftçinin Qasımov İman Şura oğlu olduğu məlum olmuşdu.
Xatırladaq ki, dekabrın 4-də axşam saatlarında "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. SOCAR-dan verilən məlumata görə, yanğına səbəb güclü tufanın saat 17:40 radələrində yataqdakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması olub.
Rəsmi məlumata görə, hadisə zamanı platformada 63 nəfər olub. Onlardan 7-nin meyiti tapılıb, 33 nəfər təxliyyə olunub, 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib.