Prezident İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Theyn Seynə təbrik məktub ünvanlayıb.
“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:
“Myanma İttifaqı Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.