Ermənistan təhsil və elm naziri Armen Aşotyan evinin qarşısında yıxılaraq ayağını sındırıb.
“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, bu haqda nazirin mətbuat katibi Zoqrap Yeqanyan məlumat verib.
Nazirin mətbuat katibi hadisə ilə bağlı əlavə məlumat verməyib. Bir qədər sonra Armen Aşotyan “Facebook” səhifəsində artıq əməliyyat olunduğunu yazıb. "Bir qədər əvvəl ayağımın əməliyyatı qurtardı. Tez bir zamanda bərpa ola biləcəyimə və adi həyat rejiminə qayıdacağıma ümid edirəm. Həkimlərə təşəkkür edirəm",- deyə nazir yazıb.
Xatırladaq ki, keçən il Armen Aşotyan ölkənin adını dəyişib, Şərqi Ermənistan Respublikası qoymağ təklifi ilə yadda qalmışdı.