Neftin dünya bazarındakı qiymətindən yenə də xoş xəbər yoxdur.
“Qafqazinfo” RBK-ya istinadən xəbər verir ki, neftin qiyməti “oynamaq”da davam edir. Hazırda Brent markalı neftin bir barreli 37.4 dollardan satılır.
WTI markalı neftin qiymətində də vəziyyət təxminən eynidir. Hazırda bu növ neftin bir barrelinin qiyməti 37,08 dollarda qərarlaşıb. Bu, 0,03% ucuzlaşma deməkdir.
Xatırladaq ki, son bir neçə gündə WTI və Brent markalarının qiyməti demək olar ki, eyniləşərək 38 dollara yaxınlaşırdılar. Amma yeni ildən qiymət yenə düşməyə başlayıb. Məsələn, ilin son günü-dekabrın 31-də neftin qiyməti 37,80 dollar təşkil edirdi.