Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Maşın bazarında yanğınsöndürən balon bazarı - Sürücüləri soyurlar

Maşın bazarında yanğınsöndürən balon bazarı - Sürücüləri soyurlar

Hər kəs cərimələrdən yayınmaq və tələb olunan ləvazimatları almaq üçün sıraya düzülüb, amma cərimə artmayıb....


 




Artıq bir neçə gündür ölkənin avtomobil hissələri və akssesuarları satılan bazarlarda qələbəlik yaşanır. Devalvasiyaya baxmayaraq bu aktivliyin səbəbi var. 2016-cı il yanvarın 1-də avtomobilində qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı şaiyələr yayılıb. Avtosfer.az bildirir ki, bu şaiyələrin heç bir əsəsı yoxdur və yanvar ayından heç bir cərimənin miqdarı artmayıb. Bu cür şaiyələr bəzi işbazların və yaramaz insanların sürücülərə qarşı təxribatıdır. Buna görə də insanlar bazarlara axın etməyə vadar olub ki, baha qiymətə satılan yanğınsöndürən balon və digər avadanlıqları alsınlar 



Paytaxtın Babək prospektində yerləşən və şəhərdə hamının “Maşın bazarı” kimi tanıdığı avtomobil ehtiyat hissələrinin satıldığı məkanda olduq.



Bazarda “iynə atsan, yerə düşməz”



Bazarın girişində avtomobil sıxlığını gödükdə vəziyyətin nə yerdə olduğu haqda təsəvvür etmək olurdu. Hər kəs cərimələrdən yayınmaq və tələb olunan ləvazimatları almaq üçün sıraya düzülmüşdü.



Bazarda satıcı işləyən Zakir Məmmədov deyir ki, qiymətlərin baha olmasına baxmayaraq, işləri yaxşı gedir: “Qiymətlər demək olar ki, iki dəfə bahalaşıb. Misal üçün, əvvəl 5-10 manata satdığımız tibbi yardım çantası indi 20-30 manat olub. Bu, bizdən asılı deyil. Çünki özümüz də baha alırıq, məcburən baha satmalıyıq. Amma işimiz yaxşıdır. Səhər saat 9-dan indiyə qədər ( 12:30 ) 25 ədəd tibb çantası satmışam. Özümdə qurtardığı üçün qonşu dükanlardan da əlavə götürmüşəm”.



Z.Məmmədov deyir ki, yanğınsöndürmə balonlarının qiyməti də bahalaşıb: “İki gün bundan öncə adi, monometri olmayan balon 17 manat idisə, indi 20-23 manat arasında satılır. Bütün tələblərə cavab verən balonu 60-65 manata satırıq”.



İnsanlar çaşqınlıq içindədir



Yanğınsöndürmə balonları arasında olan fərqlər və hansının keçərli, hansının yararlı olmaması barədə ziddiyyətlər insanların çaşqınlığına səbəb olub. Alıcıların bir çoxu qiyməti 20-23 manat arasında satılan balonlardan aldıqlarını deyirlər. Lakin bu balonlar tələb olunan standartlara cavab vermir.



Alıcı Vahid Qasımovun sözlərinə görə, bu məsələ ortaya çıxandan bəri bütün tələb olunan akssesuarları alıb: “5 gün öncə gəlib, elə bu bazardan tələb olunan hər şeyi aldım. Tibb çantası, avtomobil qəza işarəsi və yanğınsöndürmə balonu. Üçünə 47 manat pul verdim. O zaman hələ qiymətlər bu qədər bahalaşmamışdı. Amma dünən dost-tanış deyir ki, bəs, həmin balon işə yaramır. Başlığında mütləq monometr və üzərində istifadə müddəti olmalıdır. Qiymətini soruşuram, mənə 60 manat pul “oxuyurlar”. İnsanların maddi vəziyyətinin çətin vaxtında belə çıxır ki, boş yerə pul verib, həmin o balonları almışıq. 



“Camaatı belə ələ salmaq olar?“



Alıcı Kənan da qiymətlərin birdən-birə bu qədər şişirdilməsindən gileylənir: “Başa düşə bilmirəm, nəyə görə mən bu çətin vaxtda uşağımın boğazından kəsib, kimsə pul qazanacaq deyə pulumu belə şeylərə verim. İndiyə qədər niyə yada düşmürdü insanların təhlükəsizliyi? Nə oldu, birdən yadlarına düşdü millət? Bu qədər də zülm etmək olmaz insanlara. Heç kim konkret söz demir. Gah deyirlər, bu balon tələblərə cavab vermir, gah da bir aptek dolu dərmanı tibb çantasında daşımağı tələb edirlər”.



Qanun bu haqda nə deyir?



“Balon necə olmalıdır, yoxdursa, bunun cəriməsi nə qədərdir” sualına cavab İnzibati Xətalar Məcəlləsinin (İXM) 302.1-ci maddəsində açıq şəkildə izah olunur.



İXM-in 302.1-ci maddəsinin mətni belədir:



302.1. Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar beş manatdan on manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz beş manatadək miqdarda, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək miqdarda cərimə edilir.



“Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin 7-ci hissəsinə, habelə “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 7-ci maddəsinə diqqət etdikdə məlum olur ki, hər bir nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) öz mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və ilkin yanğınsöndürmə vasitələri saxlamaq vəzifəsini daşıyır. Qanunvericiliyin bu mövqeyi aydındır, yəni avtomobilin, traktorun və s. sahibi nəqliyyat vasitəsində yanğınsöndürən balon saxlamağa borcludur. Amma qanunun qoyduğu vəzifənin icra edilməməsinə görə məsuliyyət məsələsi də qanunda tam aydın və birmənalı olmalıdır. Lakin bunu İXM-in 302-ci maddəsinə münasibətdə görmürük. Səbəbi isə çox sadədir. İXM-in tətbiqi barədə 389 saylı fərmanın 3.39-cu bəndinə, habelə inzibati xətalara baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının (634 saylı fərmanla təsdiqlənən siyahının) 14-cü bəndinə baxdıqada aydın olur ki, 302-ci maddə üzrə məsuliyyətə cəlb etmək səlahiyyəti birmənalı olaraq Dövlət Yanğın Nəzarəti Xidməti əməkdaşlarına aiddir. Bu, o deməkdir ki, DYP əməkdaşı 302.1-ci maddə üzrə nəinki cərimə tətbiq etmək, heç protokol tərtib etmək səlahiyyətinə də malik deyil.



Bir sözlə, klassik şairimizin 105-110 il öncə yazdığı “Əcnəbi göydə balonlarla gəzir, biz hələ avtomobil minməyiriz” misralarını bu gün bir balaca dəyişərək belə yazmaq olar: İndi avtomobil minirik, amma bazarlarda xarici balonlar gəzirik.



 



Maşın bazarında -  balon ajiotajı



Teqlər:
Bu xəbər cəmi 1135 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR